12px14px16px18px

Avropada kommunist bir şəhər

Orxan ARAS
11:44 / 31.03.2012
Gırnata taxtına İkinci Muhamməd adıyla keçən Əbu Abdullah Sagir, 2 yanvar 1442-ci ildə gözəl Gırnatanı və möhtəhəm Elhamra sarayını tərk etdiyi zaman hönkür-hönkür ağlayırdı. Hökmdarın anası, cayır-cayır yanan İşbilyəyə (Sevilla) baxıb oğluna belə demişdi: “Ağla, utanmaz oğul, ağla, kişi kimi vətənini müdafiə edə bilmədin, indi qadınlar kimi ağla!”
Aradan yüzillər keçdi. O yanğından, Nobel mükafatlı fizik Pierre Küriyə görə, sadəcə 30 kitab qaldı və bir də şeirlərə, dastanlara mövzu olan Endülüs həsrəti...
Son zamanlar Endülüs, Marinaleda şəhəri səbəbiylə yenidən Avropa qəzetlərinin mövzusu olmağa başladı. İspanların diliylə desək, Andalusiana bağlı ve 2750 nüfuzlu bir kiçik qəsəbə, yəni Marinaleda kapitalizmin ortasında bir kommunist rejim sürdüyü üçün hər kəsin diqqətini çəkməyə başladı.
Alman qəzeti “Kölner Stad Anzeiger” bu kiçik ispan qəsəbəsinə tam bir səhifə ayırdı. Səbəbi isə işsizliyin artıq dayanılmaz bir hala gəldiyi İspaniyanın əksinə, bu qəsəbədə heç işsiz olmaması və hər kəsin çox xoşbəxt yaşamasıdır. Məsələn, 40 yaşlı bir qadın, Mariela Munoz, düz min kilometr uzaq bir şəhərdən Marinaledaya işsizlik üzündən köçdüyünü, heç ana olmaq istəməməsinə rəğmən bu şəhərdəki rahatlıqdan məmnuniyyyətlə ana olduğunu həyəcanla bildirir.
Yaxşı bəs, Marinaleda bunu necə bacarmışdır?
63 yaşlı Marinaleda şəhərinin bələdiyyə sədri Juan Qordillo vəziyyəti belə şərh edir: “General Frankonun ölümündən bu yana düz 33 ildir Marinaleda bir plenum tərəfindən yönləndirilir. Yəni, xalq toplaşaraq bərabər qərarlar alır və hər şeyi ortaq şəkildə həll edir. Şəhər və kəndlərdəki torpaqlarda zeytun, lobya, başda bibər olmaqla, iqlimə uyğun olan hər cür meyvə və tərəvəzlər yetişdirilir. Bütün bu meyvə və tərəvəzlər şəhərdəki konserv fabriklərində işləndikdən sonra kənara satılır. Vətəndaşlar gündəlik əməkhaqqı ilə çalışır və gün ərzində səkkiz saat çalışmaqla 47 avro alırlar. Bu pul onlara yetərincə bəs edirdi, çünki bu şəhərdə hər şey digər şəhərlərə nisbətən çox ucuzdu. Məsələn, uşaq bağçasında bir uşaq üçün alınan məvacib 12 avro təşkil edir. Bələdiyyə artan pullarla boş sahələrdə evlər tikdiyinə görə şəhərdə hər kəsin sığındığı evi var. İş yerlərində haqsızlığa, ədalətsizliyə əsla yol verilmir. İstehsal edilən mallar ən üstün şəkildə satılaraq əldə edilən məvacib şəhərin yollarına, parklarına, evlərə xərclənir. İnsanlar həm yüksək səviyyəli işə, həm də rahat yaşayığ şəraitinə malik olduqları üçün bu şəhərdən ayrılmağı ağıllarına belə gətirmirlər. Hansısa bir problem yarandığı vaxtda isə toplantılar keçirir və həmin problemi kollektiv şəkildə həll edirlər”.
Bələdiyyə sədri Gordillo, ‘Biz kapitalizm içində bir ada kimiyik və işsiz, kasıb qalmamaq üçün bu vəziyyəti qorumaq məcburiyyətindəyik” – deyərək doğru bir qürura qapılır.
Bələdiyyə sədrinə deyəcək sözümüz yox. Çünki getdikcə ədalətsizləşən bu sistemin içində yox olmamaq üçün bəlkə başqa əlac yoxdur. Avropalılara qəribə gələn Marinaleda şəhəri barədə qəzetçilər belə bir başlıq işlətmişlər: Utopiyaya səyahət!
Hər şey xəyallarla başlamırmı? Bəlkə Marinaledaya bizim hüznlü Endülüsten bəzi duyğular miras qalmışdır. Şair Tarık Ali nə demişdi?
“Endülüs,
Seni hep hatırlayacağım.
Bugünki gibi kış güneşinin altında
Goncaların kokusunun kanımızı ateşlediyi baharda
Bir damla suyun duyulur-duyulmaz sesinin zihnimizi yatıştırdığı,
Duygularımızı serinlettiyi yaz sıcağında
Yağmurdan sonra ortalığı kaplayan yasemin kokusunda
Evimizin içinden geçen kaynak suyunun tadında
Vadiyi dolduran yaban çiçeklerinin koyu sarısında
Çamlardan süzülen başdöndürücü dağ havasında
Kekiklerin baharatlı soluğunda
Kışları odun ateşinin kokusunda
Seni hep hatırlayacağım!”
Orxan ARAS
Almaniyadan yazır
[email protected]



Bu yazı ( 257 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar