Layihə
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ
25.05.12 İ.Qaspiralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil formalaşdırmaq təşəbbüsü ilə çıxış etmiş və bu istiqamətdə “Tərcüman” vasitəsi ilə müəyyən işlər də görmüşdür. Ə.Ağaoğlunun məsələyə öz münasibəti var. Onun qənaətinə görə, Türkiyə əhalisi və Türkiyə mətbuatı ilə Rusiyadakı müsəlman əhali və müsəlman mətbuatı arasında heç bir ümumi və müştərək əməl və sifətlər mövcud deyil və müqayisəyəgəlməz dərəcədə fərqlidirlər. Hər bir qövmün bir dili və bir məsləyi olması üçün o
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ
24.05.12 Şəxsi həyatı və yaradıcılığı, bütün ruhu ilə Azərbaycana bağlı olan “möhtərəm ata” (Şəfiqə xanım Əfəndizadə), “sevimli pədər” (Əliabbas Müznib) İ.Qaspiralı dəfələrlə Qafqaza – Bakı, Tiflis, Naxçıvan, Şəki, Şamaxıya... səyahət etmiş, azərbaycanlıların mətbuata, məktəbə marağını yüksək dəyərləndirmiş, bu sahədə daha yüksək uğurlar qazanılması üçün tövsiyələrini öz silahdaşlarından, həmkarlarından əsirgəməmişdir. “Böyük və əzmkar türk qəhrəmanı” (Xəlil Xasməmmədli) İ.Qaspiralının sıx əlaqə saxladığı, əməkdaşlıq etdiyi, fəaliyyətlərini daim izlədiyi ziyalılar, o cümlədən mətbuat xadimləri, maarif, teatr fədailəri isə çox idi. Həsən bəy Zərdabi, Seyid
“Tərcüman” qəzeti: türk dünyasının mətbuat və ictimai fikir tarixində yeni mərhələ
23.05.12 Tarixin və taleyin hökmü ilə pərən-pərən düşmüş türk xalqları XIX əsrdə çar Rusiyasının ruslaşdırma, “parçala, hökm sür” kimi mənfur siyasəti nəticəsində tənəzzül edir, ətalət və cəhalət bataqlığında boğulurdu. Dar düşüncəli mövhumatçıların, fanatiklərin islamı özünəməxsus şəkildə şərh, təsvir, təbliğ etməsi, digər tərəfdən missionerlərin qərəzli, məkrli münasibəti dini dəyərlərə kölgə salır, Rusiya müsəlmanlarını Avropanın qabaqcıl elmi, mədəni, ədəbi, mətbu həyatından, tərəqqidən təcrid olunmuş vəziyyətdə saxlayırdı.
Örnək jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi
19.05.12 Ötən ilin elə bu vədələri idi. Orta məktəbin 7-ci sinfində oxuyarkən ilk yazısının çıxdığı, daha sonralar – 2000-2007-ci illərdə baş redaktoru olduğu “Şərq qapısı” qəzetinin nəşrə başlamasının 90 illiyinə həsr etdiyi “Mənim həyat məktəbim” kitabı üzərində işləyirdi. Amma Allahın məsləhət bildiyi ömür bitmişdi. Hər gün yorulmadan yeni bir yazı üzərində işləyən Məmməd müəllim əbədi dünyaya, hamıdan çox sevbdiyi anasının yanına getmək üçün yola çıxmışdı. Bu qədər
“Müəyyən bir auditoriya hər zaman çap mediasını izləyəcək, qəzetlərə üstünlük verəcək”
“PARİTET” QƏZETİNİN BAŞ REDAKTORU CƏMALƏDDİN QULİYEV: “TƏLƏBƏLƏRİ VƏ GƏNCLƏRİ OXUCU KÜTLƏSİ OLARAQ QAZANMAQ ÜÇÜN ZƏRURİ İŞLƏR APARMALIYIQ”
18.05.12 – İstərdik, qəzetinizin yaranması və fəaliyyəti haqqında qısa məlumat verəsiniz. – “Paritet” qəzeti 1999-cu ilin avqust ayında təsis olunub. İlk dövrlər həftədə iki dəfə, sonradan həftədə üç dəfə nəşr olunmağa başlamışıq. Tiraj göstəricilərində dəyişiklik olsa da, dövrilik olduğu kimi qalıb. Müstəqil ictimai-siyasi qəzet olaraq hadisələrə obyektiv yanaşmağa çalışırıq. Qəzetdə xəbərlər və araşdırmalar üstünlük təşkil edir. İctimai-siyasi qəzet olaraq bütün yaş və sosial təbəqədən olan oxuculara ünvanlanırıq, konkret yaş kateqoriyasına, sosial təbəqə deyil auditoriyamız. – Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun mətbuata ayırdığı
“Başqa saytlardan geri qalmamaq üçün öz üslubumuzu və istiqamətimizi müəyyənləşdirməyə çalışırıq”
“QAYNAR.İNFO”NUN BAŞ REDAKTORU FƏRİD ŞAHBAZLI: “BİZİM PORTAL CİDDİ QƏBUL OLUNAN, ETİBARLI MƏNBƏ ROLUNU OYNAYAN İNTERNET ÜNVANLARINDAN BİRİ KİMİ TANINIR”
16.05.12 İnternet xəbər məkanında öz yeri olan “Qaynar.info” xəbər portalının bu yaxınlarda 5 yaşı tamam oldu. Portalın baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə həm bu barədə, həm də digər əlaqədar mövzularla bağlı söhbətləşdik.
“Şərq qapısı”nda tanıdığım dəyərli mətbuat xadimi və unudulmaz insan
ƏMƏKDAR JURNALİST MƏMMƏD MƏMMƏDOVUN VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLUR
15.05.12 Məmməd müəllimlə tanışlığım bir təsadüf idi. Onu əvvəllər nə görmüşdüm, nə də qiyabi tanıyırdım. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olunmağım, əvvəllər adını dərsliklərdən, mətbuatdan və sairdən öyrənib məlumat topladığım Naxçıvan Muxtar Respublikasının paytaxt şəhərinə getmək zərurətini yaratdı. Əyani şəkildə təhsil aldığım üçün düz iki il burada yaşamalı idim. Amma heç bir qohum-əqrəbanın, dost-
Mətbuatşünaslığa və ədəbiyyatşünaslığa dəyərli töhfə
PROFESSOR, ƏMƏKDAR JURNALİST ŞAMİL VƏLİYEVİN YENİ ƏSƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ
12.05.12 2003-cü ilin son ayı. Qarlı-boranlı bir qış günü. Azərbaycan Milli Elmlər Akademiyasının N. Gəncəvi adına Ədəbiyyat İnstitunda "Füyuzat" ədəbi məktəbi" mövzusunda doktorluq müdafiəsi kecirilirdi. Ölkənin sayseçmə alimləri yığışmışdı bura. Deyərdim ki, bu möhtəşəm elm məbədi uzun illərdir belə bir müdafiəyəyə həsrət idi. Bu bəlkə də onunla bağlı idi ki, Türk-islam dünyasının möhtəşəm, parlaq simalarından biri olan, təpədən dırnağa türkcü, millətci, vətənpərvər Əli bəy Hüseynzadə irsinə
Mətbuat və ictimai fikir tariximiz haqqında maraqlı tədqiqat işi
LALƏ OSMANQIZININ “ƏHMƏD BƏY AĞAOĞLUNUN PUBLİSİSTİKASI (“KASPİ” QƏZETİNİN MATERİALLARI ƏSASINDA )” MONOQRAFİYASI BARƏDƏ QEYDLƏR
11.05.12
Jurnalistika IV hakimiyyət rolunda
9.05.12 Bütün elm sahələrində olduğu kimi, jurnalistikanın nəzəri sahəsində yaranan terminlərdə də bir-birinə yaxın, bir-birindən ancaq xüsusi çalarları ilə fərqlənən anlayışlar mövcuddur. Bu mənada jurnalistin sosial məsuliyyəti ilə jurnalistin məsuliyyəti anlayışları bir-birinə yaxınlıq, oxşarlıq təsəvvürü yarada bilər. Lakin bu anlayışların hər birinin özünəməxsus mənası, necə deyərlər, açması var.
“Mətbuatın sonunun yaxınlaşdığını deyənlər mətbuat haqqında heç nə bilmirlər”
YUNUS OĞUZ: “DÜŞÜNÜRƏM Kİ, ÇAP MEDİASININ YÜKSƏLİŞİ HƏLƏ İRƏLİDƏDİR,ONUN DAHA SAYALI, UĞURLU VAXTLARI HƏLƏ BUNDAN SONRA OLACAQ”
5.05.12 Mən “Ordu” qəzetində işləyəndən sonra o qəzeti bərpa eləmək istədik. “Ordu” qəzeti 90-cı ildən çıxırdı. Amma təsisçi qəzeti bizə verməyə razı olmadı, yəni təsisçilikdən imtina etmədi. Beləliklə, qərara gəldik ki, yeni bir nəşr hazırlayaq. 1994-cü ildə qeydiyyatdan keçsək də, bir il sonra fəaliyyətə başladıq. Agentliyin adını başqa cür fikirləşmişdik, amma o zaman mətbuat naziri olan Sabir Rüstəmxanlı bizə “Olaylar” adını məsləhət gördü. Çox adam adın mənasını anlamır, amma əsl
“Klassik Azərbaycan jurnalistikasından imtina etmək olmaz, əksinə, ona daha sıx bağlanmalıyıq”
PROFESSOR ŞAMİL VƏLİYEV: “HƏQİQƏTƏN JURNALİST OLMAQ İSTƏYƏN, ÖZÜNÜ JURNALİSTİKADA GÖRƏN, JURNALİST KİMİ YAŞAMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİN SEÇİMİ BİZƏ UĞUR GƏTİRƏ BİLƏR”
4.05.12 Filologiya elmləri doktoru, professor Şamil Vəliyev 1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU-nun Filologiya fakültəsində ali təhsil alıb. 1989-cu ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildən Mətbuat tarixi kafedrasının professorudur. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, 2005-ci ildən isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat tarixi kafedrasının müdiri vəzifələrində