12px14px16px18px

Cəbhədə ATƏT-in monitorinqi keçiriləcək

11:59 / 16.05.2012   ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle, şəxsi köməkçi Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi mayor Vitali Belekon keçirəcəklər.
 




Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar