12px14px16px18px

Amandır,diqqətli olun!

Orxan ARAS
02:57 / 20.10.2009
 


    Türkiyə televiziyalarının xəbərlərini izləyəndə ürəyimin döyüntüsü artır və özümü pis hiss etməyə başlayıram.
    Bakıda türk bayraqlarının, hətta türk şəhidlərinin yatdığı məzarlıqdakı bayraqların endirilməsi xəbəri bomba kimi partladı.
    Bu durumdan çox qorxurduq, o da başımıza gəldi.
    Aranı qarışdırmaq istəyənlər, pusquda yatanlar, Türkiyə-Azərbaycan qardaşlığını qısqananlar bizlərdən daha sakit və hiyləgər olduqları üçün arzularına çata bilərlər.
    Çünki biz ağılla, səbrlə hərəkət etmək əvəzinə hissə qapılır, qarşıda bizi nə gözlədiyini düşünmürük.
    Bursada baş verənlər çox çirkin hadisələrdir, amma orda minlərlə Türkiyə türkü əllərində Azərbaycan bayraqları küçələrə çıxdılar. Hətta 4 gənc təyyarəylə meydançaya enib, Azərbaycan bayrağı açmaq istəyirdilər, oyundan əvvəl həbs olundular.
    Bu nə deməkdir?
    Siyasətçilər nəyə inansalar da, nə desələr də türk insanı Azərbaycanı öz canı, qanı hesab edirlər.
    Bursada baş verən çirkinliyin müqavilində 89-cu il öncə o torpaqlar üçün canlarını verən şəhidlərin yatdıqları məzarlıqdakı bayraqların endirilməsi heç də xoşagələn deyil.
    Bu durum ermənilərin dəyirmanına su tökür.
    Burdan hər kəsə səslənirəm.
    Bu məsələdə çox-çox diqqətli olmalıyıq.
    Xaricilərin oyunlarına gəlməməliyik.
   Onların məqsədi bizi bir-birimizə qarşı qoymaqdır.
   Onların məqsədi qarşılıqlı sevgimizi, bağlılığımızı darmadağın etməkdir.
   Onların məqsədi Ermənistan əvəzinə Azərbaycanı Türkiyənin düşməni etməkdir.
   Əgər buna hazırıqsa, əgər bu iki qardaş dövlətin bir-birinə düşmən olmasını istəyiriksə, onda hərəkətlərimizi davam etdirək.
   Amma ağılla, insafla düşünərək hərəkət ediriksə məsələləri səbrlə çözməyə çalışırıqsa siyasətçilərin yanlış və çirkin qərarları boşa çıxacaq.
   Amandır, diqqətli olun!
   Amandır, səbrli olun! 
   Amandır, susun!
   Ortaya atılanlara, səslərin yüksəldənlərə diqqət etməliyik!
   Onlara fürsət verməməliyik!
   Türkiyənin bəzi cahil və fürsət gözləyən rəsmilərinin elədikləri sayğısızlıqla yanaşı Bursada Azərbaycana olan sevgini hamımız gördük.
   Azərbaycanda da belə olmalıdır və Türkiyə xalqı incidilməməlidir.
   Amandır, diqqətli olun!
 
 Orxan ARAS Almaniyadan yazır  [email protected]
 



Bu yazı ( 701 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar