Fransa baş nazirinin soyadı ərəbləri şoka salıb
12:30 / 17.05.2012 Ərəb mətbuatında Fransanın yeni baş naziri Jan-Mark Eronun soyadını necə yazmaqla bağlı mübahisə başlayıb.
Lent.a-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bir çox ərəb dialektlərində “ero” sözü kişi cinsi orqanı mənasını verir.
Ərəb mətbuatı Jan-Mark Ero baş nazir təyin ediləndən sonra bir neçə saat ərzində onu “Aro”, yaxud “Xero” adlandırıblar. Eyni zamanda ərəb mətbuatı “utanmamaq” üçün digər vasitələrə əl atıblar. Problem yalnız Fransa Xarici İşlər Nazirliyinin xarici jurnalistlərə baş nazirin soyadını fransız orijinalında (Jean-Marc Ayrault) yazmalarına icazə verməyi nəzərdə tutan rəsmi göstəriş göndərdikdən sonra həllini tapıb. “Ero” sözü fransız dilində tamam fərqli məna verir.Bu yazı ( 172 ) - dəfə oxunmuşdur