12px14px16px18px

ABŞ-ın Qarabağdakı separatçı rejimə ayırdığı yardımı artırması təklif edilib

12:43 / 17.05.2012
Alt Komitə Barak Obamanın Ermənistana göstərilən yardımı 7,5 milyon dollar azaltmaq təklifini yolverilməz sayır

ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli KOmitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib. Məlumatda qeyd olunur ki, konqresmen Adam Şifin səyləri nəticəsində Dağlıq Qarabağa yardımın miqdarı 150 faiz artırılması, Ermənistana göstərilən maliyyə yardımının miqdarı əvvəlki tək saxlanması, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə yardım ayrılması gündəmə gətirilib, İrəvan və Bakıya hərbi yardım göstərilməsində paritetin gözlənilməsi təklif olunub.


Alt Komitə ABŞ administrasiyasını Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsinə yardımla bağlı strategiya hazırlamağa çağırıb. Bundan başqa Alt Komitə dövlət katibi Hillari Klintonu Yaxın Şərqdə son iğtişaşlardan sonra ağır vəziyyətdə olan ermənilərə və digər xristian xalqlara yarıdım davam etdirməyə səsləyib. Bu təkliflər Konqresin Təxsisatlar Komitəsinin gündəliyinə daxil edilib və təkliflər üzrə səsvermə bu gün keçiriləcək.


Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar