12px14px16px18px

FHN dəhşətli qəza ilə bağlı məlumat yayıb

12:51 / 17.05.2012 Fövqəladə Hallar Nazirliyi mayın 16-da Qobustan rayonu ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.


Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili və “ZİL” markalı propan qazı daşıyan yük avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü - 1978-ci il təvəllüdlü Rəhimov Əfqan Qəhrəman oğlu xəstəxanaya aparılarkən yolda, sərnişinləri - 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Azad qızı, 2000-ci il təvəllüdlü Rəhimov Yusif Əfqan oğlu, 2004-cü il təvəllüdlü Rəhimov Röyal Əfqan oğlu hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü isə yaralanıb. Yaralı xəstəxanaya aparılıb.

“Mercedes” markalı avtomobilin mühərrikində yaranmış yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, hadisədə ölən 4 nəfər bir ailənin üzvüdür.



Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar