Yubiley
Qəlbi nurla dolu şair və həkim
PAŞA QƏLBİNURUN 60 İLLİYİNİN İŞIĞINDA
30.03.12 Haqqında söhbət açmaq istədiyim şəxs “iki ürəkli, dörd biləklidir”. Qəhrəmanımın “birinci can”ı – həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun “ikinci can”ı ədəbiyyatımıza xidmət edən – şairlikdir. Bu baxımdan da mən bu yazımı iki hissədən ibarət qurmaq niyyətindəyəm.1952-ci ilin xoş bir bahar günündə, mart ayının 30-da, QOÇ bürcü altında Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsindəki ziyalı ailələrindən birində –