12px14px16px18px

Sivilizasiyaların kəsişməsində türk dünyası

Orxan ARAS
03:58 / 13.08.2011
“Quzey meşələrindən çıxıb gəldilər – cəsur, dağınıq, mərifətli. Daha yolun başındaydılar. Öncə çöllərə, sonra Çinə və sonra da sonu-başı bəlli olmayan bir sel kimi Qərbə doğru yayıldılar”. Məşhur fransız tarixçi Jean Pul Roux “Türklərin tarixi” əsərində türkləri tərif edərkən bu sözləri işlədir, onların sonu gəlməz qəhrəmanlıq hekayələrindən heyranlıqla, uzun-uzun bəhs edir.
Türklərin yaşadığı coğrafiya, yüz illərə yayılmış böyük imperatorluqlar, hər biri bir tarix, bir insanlıq dərsi olan savaşlar, tərəfli və ya tərəfsiz, tarixçilər tərəfindən incələnmiş, yorumlanmış və gələcək nəsillərin mühakiməsinə həvalə edilmişdir. Amma türklərin mədəniyyətlərə etdiyi töhfələr və günümüzdəki mədəniyyətlərin inkişafında nə kimi təsirləri olduğu çox dərin bir şəkildə incələnməmişdir.
Çox zaman türklər “İslam mədəniyyəti” başlığı altında bir neçə cümlə ilə yad edilmiş və bu mövzu üzərində durulmamışdır. Hətta türklərin sənətdə və elmdəki uğurları da ya iranlılara, ya da ərəblərə aid edilmişdir. Almaniyanın bəzi muzeylərində də gördüyüm Təbriz xalılarının “fars sənəti” olaraq təqdim olunması məni dərindən üzmüşdür.
Mədəniyyət konfliktlərinin tez-tez dilə gətirildiyi günümüzdə türklərin dünya mədəniyyətlərinə etdiyi töhfələri yenidən dilə gətirmək və yeni nəsillərə anlatmaq boynumuzun borcudur. Təbii ki, bu vəzifəni yerinə yetirmənin ən önəmli yolu da bu mövzuda araşdırma aparmaqdır.
Bu mövzuda oxuduğum ən əski əsər böyük türk alimi Ziya Göyalpın “Türk mədəniyyəti tarixi” isimli əsəridir. Göyalp məşhur əsərində Türk mədəniyyəti tarixini üç dönəmə ayırır:
1. Əski dönəm: Türk qövmünün ortaya çıxışından müsəlmanlığı qəbul etdiyi zamana qədər keçən dönəm.
2. Orta dönəm: İslam dininə girməsindən Batı mədəniyyətini qəbul etdiyi zamana qədərki dönəm.
3. Yeni dönəm: Batı mədəniyyətini qəbul edəndən bu günə qədər.
Ziya Göyalpın dönəm-dönəm incələdiyi türk mədəniyyətinin izlərini indi də türklərin yaşadıqları hər bölgədə təsbit etmək mümkündür.
Mədəniyyətlər və türklərin bu mədəniyyətlər üzərindəki təsirlərindən bəhs edən bir gözəl əsər də yaxınlarda Azərbaycanda yayınlandı.
Tədqiqatçı Ərəstü Həbibbəylinin “Elm və təhsil” nəşriyyatı tərəfindən yayınlanan “Sivilizasiyaların kəsişməsində Türk Dünyası” əsəri gerçəkdən də uzun çalışmanın və əməyin bəhrəsi olmaqla yanaşı, həm də son illər bu mövzuda yayınlanmış ən önəmli əsərlərdən biridir. Türkcə, rusca, ingiliscə qaynaqlardan yararlanılaraq hazırlanan əsərin önəmli bir boşluğu dolduracağına əminəm.
Ərəstü Həbibbəyli araşdırmasına mədəniyyəti yaradan ən önəmli dəyərləri təsbit etməklə başlayıb. Mədəniyyət nədir və ya mədəniyyəti yaradan elementlər nələrdir? Mədəniyyət – coğrafiya, dil, dinəmi, yoxsa başqa ünsürlərdən qaynaqlanan dəyərlərəmi bağlıdır?
Ərəstü Həbibbəyli dünyadakı bəlli mədəniyyətləri incələrkən heç bir mədəniyyət haqqında olumlu və ya olumsuz hökm vermədən türklərin bu mədəniyyətlərə olan qatqılarını Qərb qaynaqlarından bəhrələnərək qələmə alır və elmi metoda əlindən gəldiyincə riayət edir. Kitabın başlanğıcında mədəniyyətlər arasındakı bənzərlik və yaxınlıqları incələyən yazar mədəniyyətlərin təsnifatını da özünəməxsus şəkildə verməyi bacarır. Beləcə, mədəniyyətlər – dövrlər, mədəniyyətlər – imperatorluqlar, mədəniyyətlər – dinlər və mədəniyyətlər – landşaftlar şəklində qələmə alınan mövzular 250 səhifəlik kitabda müəllifin özünə xas üslubda yazılıb və oxunaqlı bir elmi əsərə çevrilib.
Məncə, kitabın ən cəlbedici bölümü Türk-İran sivilizasiyaları arasındakı münasibətlər bölümüdür. Bu bölümdə həm iki xalq arasındakı bənzərliklər verilir, həm də sənət və bilimdə türklərin əməklərinin necə iranlılara aid edildiyi Qərb alimlərinə istinadən, elmi bir şəkildə izah olunur. Məsələn, Zərdüştlüyün türklər inkar olunmaqla tamamən İran qaynaqlı bir din olması haqqında mülahizələrin necə yanlış olduğu Ərəstü Həbibbəyli tərəfindən çox gözəl isbat edilir.
Dinlər, irqlər, siniflər arası savaşlardan sonra mədəniyyətlərarası savaşın çıxacağı haqda fikirlərin səsləndiyi günümüzdə, mədəniyyətlərarası əlaqələrin və təsirlərin göz önünə alınmaması şübhəsiz, böyük təzaddır. Bu mövzuda elmi tədqiqatlar aparan Ərəstü Həbibbəyli kimi elm adamlarına ehtiyacımız var. Bu mövzuda ilk addımı atan müəllifi təbrik edir və ondan bu sahədə başqa əsərlər gözləyirik.atdın. Yağ içində böyrək kimi saxlamadın!” Buna zamanın da olmadı ki! Sən övladlarını saxlamışdın yağ içində böyrək kimi. Bir şeyi anladım ki, Anam gedəndən sonra canında təndir yaşadın. Onsuz keçən 7 ildə çox can atdın yaşamağa, yazıq, yaşaya bilmədin. İndi rahat uyu ata, yerin cənnət olsun! Anamla əl-ələ verib, bizi uca göylərdən qoru!
Qəribədir,evdən bir nəfəsə çıxıb qəbiristanlığa tələsirəm, amma yaxınlaşdıqda geri dönmək istəyirəm. Səni orada görməmək üçün! Axı, səni aciz, dilsiz-ağızsız, köməksiz halına, sakit, kədərli baxışlarına öyrəşməmişəm!
Orxan ARAS



Bu yazı ( 808 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar