İdman
Şahin Diniyev: “İşsiz qalmaq olar, əsas odur ki, simanı itirməyəsən”
23.05.12 – Hazırda nə işlə məşğulsunuz, hansısa təklif almısınızmı?
– Xeyr, heç bir təklif yoxdur.
– Ümumiyyətlə, əlaqə saxlayan olmayıb?
– Xarakterimi bilənlər bilir ki, yalan danışmaqla aram yoxdur. Yalandan özümü reklam xatirinə deyə bilərəm ki, bir neçə təkliflər var, fikirləşirəm filan. Axı yoxdur, yalandan niyə deyim?