12px14px16px18px

Avropa Birliyindən Dağlıq Qarabağa dair tədbirlər paketi

14:00 / 17.05.2012

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin möhkəmləndirilməsinə dair tədbirlər paketi hazırlayıb.

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia keçirdiyi mətbuat konfransında bildirib: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə biləcək bəzi ideyalar hazırlayıb. Lakin hələlik tərəflər bu təklifləri qəbul etməyiblər. Ümidvarıq ki, yaxın gələcəkdə tərəflər bu təkliflərimizi qəbul edəcəklər. Və bu, münaqişə tərəflərinin problemin həllini real şəkildə arzuladığının göstəricisi olacaq”.


Roland Kobia bildirib ki, AB sülh yolu ilə nizamlanma prosesinə dəstəyini artırmaq istəyir: “Avropa Birliyinin region üzrə xüsusi təmsilçisi Filipp Leforta həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mandat verilməsi, həmçinin Avropa Birliyinin tərəflər arasında etimadı mühitini möhkəmləndirməyə dair tədbirlər hazırlaması buna misaldır. Bu təkliflər Ermənistan və Azərbaycanla müzakirə olunur. Münaqişə həddən artıq uzun müddətdir davam edir və qoşunların təmas xəttində insanlar ölürlər. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik, lakin rəsmi danışıqlardan başqa insanların qarşılıqlı etimadını bərpa etmək də çox vacibdir”.



Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar