12px14px16px18px

Bakının əsas prospekti bağlandı

12:02 / 16.05.2012
Bakı şəhərində Böyükşor yol qovşağına daxil olan asma körpünün (“Koroğlu” metro stansiyası yaxınlığında) inşasının tam yekunlaşdırılması ilə əlaqədar Heydər Əliyev prospektinin həmin ərazidə 500 metrlik hissəsi 2 gün müddətinə bağlanılıb. Bu barədə “APA-ECONOMICS”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Böyükşor yol qovşağına daxil olan asma körpünün inşasının ikinci mərhələsi tamamlanır və bununla əlaqədar Heydər Əliyev prospektinin 500 metr olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb: “Yolun bağlanması asma körpünün aşırım qurğusunun müvəqqəti dayaqlarının sökülməsinin aparılması ilə əlaqədardır. Dayaqların sökülməsi bir neçə gün davam edəcək və avtomobil yolu maksimum iki gün bağlı olacaq”. P.Mürsəliyev onu da bildirib ki, Böyükşor yol qovşağına daxil olan digər yollar əvvəlki qaydada işləyir.



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar