12px14px16px18px

“Dolu”nun təqdimatına az qaldı

11:54 / 16.05.2012
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən və bu il təhvil verilməsi nəzərdə tutulan ekran əsərlərindən biri də rejissor Elxan Cəfərovun yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkdiyi “Dolu” filmidir. Rejissor Elxan Cəfərov AzərTAc-a bildirib ki, bu ekran əsərinin montaj prosesi yekunlaşmaq üzrədir. Lakin filmə əlavə kadrlar lazım olduğundan daha bir neçə çəkiliş nəzərdə tutulub. Film istehsalında bu cür proseslər olur. Yəni, montaj prosesi bitdikdən sonra müəyyən əlavələr meydana çıxa bilir. Rejissor məlumat verib ki, ssenariyə uyğun olaraq filmdə böyük döyüş səhnələri vardır. Xüsusən də son səhnə – zirehli texnika ilə hücum səhnəsi çəkilməlidir. Ötən il vaxt məhdudiyyəti səbəbindən bu çəkiliş təxirə salınmışdı. Ona görə də mayın sonunda üç çəkiliş günü nəzərdə tutulub. Çəkiləcək kadrlar istisna olmaqla, film tam montaj olunmuş variantdadır. Səsləndirmə və qrafika işləri də son mərhələdədir. Bütünlükdə filmin iyunda təhvil verilməsi nəzərdə tutulub. 2011-ci ilin yayında çəkilişinə start verilən filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Nadir Əliyevdir. Film Qarabağ mövzusundan bəhs edır.



Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar