12px14px16px18px

Azərbaycan və Türkiyə DÇ 2026-nın ev sahibliyinə birgə namizədliyini irəli sürə bilər

00:06 / 23.05.2012 Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2026-cı il dünya çempionatının təşkili üçün Azərbaycan və Türkiyənin birgə sifariş ərizəsi verməsinin mümkünlüyünü bildirib.
“Trend”in məlumatına görə, bu barədə Rəhimov Türkiyənin “Axşam” qəzetinə müsahibəsində bildirib.
A.Rəhimov deyib ki, qanunlar Olimpiya Oyunlarının iki fərqli ölkədə keçirilməsinə imkan vermir: “Biz 2018-ci ildə gənclər Olimpiadasını Dağıstanla birlikdə keçirmək istədik. Buna icazə verilmədi. Lakin futbol üzrə dünya çempionatında bu, mümkün ola bilər”.
A.Rəhimov xatırladıb ki, DÇ 2022-nin ev sahibliyi hüququ Qətərə verilib. 2026-cı il dünya çempionatının hansı ölkədə keçiriləcəyi isə hələ müəyyənləşdirilməyib. Buna görə də, Azərbaycan və Türkiyə DÇ 2026-nı birlikdə keçirə bilər.



Bu yazı ( 17 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar