12px14px16px18px

Azərbaycan yenidən “Avro-2020”yə namizəd oldu

01:02 / 25.05.2012  
Azərbaycan Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsinə razılıq verib və bu barədə FİFA Konqresində niyyətini bildirib. “Trend” agentliyinin yaydığı məlumata görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə bidirib. Qeyd edək ki, mayın 24-ü və 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində FİFA-nin 62-ci Konqresi keçirilir. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edir. R.Abdullayev deyib ki, Bakı 2020-ci il Olimpiya Oyunlarına da iddialı olduğu üçün hələ bununla bağlı qərarını verməmişdi. Lakin Bakı 2020-ci il Olimpiya Oyunlarına namizəd şəhər kimi seçilmədiyindən, Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatını birgə keçirməsi qərarı alınıb.


Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar