12px14px16px18px

Aleksandr Mostovoy: “Səmədov Avro-2012-yə getməyə layiq idi”

00:21 / 24.05.2012
Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun fikrincə, Aleksandr Səmədov Avro-2012-yə yollanacaq heyətdə yer almalıydı. Mostovoy, həmvətənimizin Polşa və Ukraynaya yollanmağa layiq olduğunu bildirib: “Avro-2012 üçün Dik Advokat optimal heyət seçib. Kim milli formanı geyinməyə layiqdir, onlara da dəvət göndərilib. Bilyaletdinovun Avropa çempionatına aparılmaması normaldır, çünki o, son zamanlar oyun praktikası cəhətdən əziyyət çəkirdi. Yeganə istisna Aleksandr Səmədovdur. Düşünürəm ki, o, Avro-2012-yə getməyə layiq idi. Bəs, niyə Səmədovun adı siyahıya salınmadı? Ola bilsin ki, cari seçmə mərhələdə millinin formasını geyinməməsi burada öz təsirini göstərib”.




Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar