12px14px16px18px

Dünyanın brend klublarının adları açıqlandı

00:22 / 24.05.2012
İngiltərənin “Mançester Yunayted” futbol klubu yenidən ən bahalı idman brendləri siyahısına başçılıq edib. “Brand Finance” agentliyinin tərtib etdiyi siyahıda bu brend 853 milyon dollarla qiymətləndirilib. “Qırmızı şeytanlar” 2011-ci illə müqayisədə 29 faiz bahalaşıblar. Ən bahalı brendlər siyahısında ikinci yeri 786 milyon dollar dəyərə malik “Bayern” tutur. Bu klubun brendi il ərzində 59 faiz artım tempinə nail olub. Ötənilki reytinqdə alman komandası 4-cü idi. Madrid “Real”ının brendi 600 milyon dollarla 3-cü yerdə qərarlaşıb. Ötən müddətdə bu brend dəyərinin 7 faizini itirib və 1 pillə geriləyib. “Real Madrid”in əzəli rəqibi “Barselona” brendi isə 580 milyon dollardır ki, bu da ötən ilə nəzərən 8 faiz azdır. “5-liy”i isə brendi 398 milyon dollarla qiymətləndirilən “Çelsi” tutur. Bu brend il ərzində 27 faiz bahalaşıb.
Qeyd edək ki, reytinq tərtib edərkən, “Brand Finance” klubun müxtəlif gəlir mənbələrini nəzərə alıb. Bura oyunlara bilet satışı, sponsor müqavilələri, suvenir məhsullarının və teleyayım hüququnun satışı daxildir.






Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar