ORALARDA KİMLƏR VAR:ÜMİD VERƏNLƏR VƏ ÜMİDLƏ YAŞAYANLAR
Tofiq ABDİN
10:45 / 31.12.2011
Dost bildiğin insanlarınyüzleriAynalar gibi kapkara.Suyu mu çekilmiş bulutların?Dönmüşsün kuruyan ırmaklara.Taşlara düşen saat gibi,Ne artı, ne eksi.Bir sağlık,bir sevinç,bir umutHikaye hepsi.CAHİT SITKI TARANCIƏvət canım,gözüm əfəndilər. Bu il də son gününə qədər bir ümid yoluyla addımlaya-addımlaya onun sonunu gözlədim və nəhayət yolun sonu gəldi. Amma ümid doğrulmadı. Ümid nədi ki, çörək deyil, konfet deyil... ye yetim, ye... demişlər. Kim demiş? Vallah, bilmirəm kim deyib, yadıma sala bilmirəm məncə Orxan Vəlidə olmalıdı bu fikir. Tamam bir Qan Turalıya telefon açım soruşum, görüm o bilər bəlkə. Telefon açıram.Həmişəki kimi rusca bir mahnı səslənir.Məndə mazi dolu bir ovqat yaradır və mən dinləyirəm. Lənətləmədən dinləyirəm və mahnı yenidən başlayanda telefonun açılmadığını görüb, öz cib telefonomu qapayıram.Amma, yetim məsələsi də mənə çox ağır gəlir. Belə ki, yazıq yetim ümidlə qarın doydura bilməz ki...Yazıblar də, deyiblər də.Günü-günə calayıb, həftəni-həftəyə, 2011-ci ilin son günləri yaşanır və bu yazı çap olunanda bəlkə də artıq 2012-ci ilin ilk günləri gələcək. İnanıram, gələcək inşallah. Bəlkə daha çox günlər gəldi, nə bilmək olar. Bu vaxta qədər heç zaman məndən soruşmadılar ki, gələcək planlarınız nədir? Çünki mən heç zaman planlı insan olmadım və həyat məni hara sürüklədisə eləcə də yaşadım. Ona görə də indinin özündə də mənə bu sual verilsə lap qorxunc bir hal alıram. Çünki artıq 70-i keçmiş bir insan gələcək haqqında danışmaq və ümumiyyətlə hər insandan gələcək haqqında bir şeylər öyrənmək mənim üçün doğru olmayan bir vaqiədi.İnsanın hər dəqiqəsi itki üstündə olan bir ömürdü və bunu Allah bilir ki, gələcəkdə nə olacaq.Amma, bunu deyim ki, keçən ili mən çox böyük ümidlərlə yola verdim. Çox böyük və çox “krupnıy” bir rəqəm üstümdən aşsa da, deyim ki, altı ay heç ümidimi itirmədən, vallah heç itirmədən yaşadım və bu altı ay ərzində bəlkə altmış dəfə gərəkli insanlarla telefonlaşdım. Və onlar da çox gözəl insanlardı, vicdanları daxilində xeyirxahlıq eləmək üçün can atan insanlardı. Neyləsinlər, alınmayanda alınmır.Mənsə düşünürəm: nə gözəl, onlardan heç biri mənə qəti demədi ki, qardaşım, əl çək yaxamızdan, yekə kişisən nədir bu ahu-zar. Təbii ki, bu adamların (sonradan mənə bəlli olacaq) gücsüzlüyü mənim üçün çox böyük bir təsəlli kimi həmişə qulaqlarımda sırğa olacaq bir ifadəni həyatıma daxil etdi. Son sorğularından birində yazıçı Anar deyir ki, “ARTIQ BİR ÇOX NAZİR TELEFONUMA DA CAVAB VERMİR”.Nəysə, mən altı ay böyük bir ümidlə çarpışa-çarpışa ili yola verdim və ilin artıq ilk ayında daha içimdə olan-qalan ümidim itdiyindən, adını açıqlamayacağım yoldaşlara telefon da açmadım və amma, qəfil düşündüm ki, aman Allahım bəlkə bu adamlar elə bilir ki, mən artıq onların xahişi ilə həyata keçirilən təntənəni keçmişəm və nəhayət qulağım qızara-qızara onlardan birinə zəng etdim,“Vah... vah... bu nə işdi Allah, sən tamam unudulmusan. Yox, mən düşündüm ki, artıq sən gedib gəlmisən”.Allah eləməsin, GEDİB-GƏLMƏK işi çox müşgül bir işdi və buna görə də elə bilməyin ki, mən harasa o dünyaya gedib qayıtmışam. Yox, yox vallah, hər gün getdim iş yerimə və ordan da evimə qayıtdım. Budu mənim son illərdəki yaşam tərzim.Bir müddət əvvəl mən bir yazı yazmışdım: BU ÖLKƏDƏ MƏN KİMƏM. Həmin yazıdan kiçik xatırlatma :“Mən bu məmləkət üçün kim olmuşam, bunu bu vaxta qədər kəsdirə bilmədim, amma balalarımın gələcəyi bu məmləkət üçün olduğuna görə bir az başımda kommunist, bir az da sosializm havası (etibar və mərdlik acısından) əvvəlcə qızım (oğlum hələ bitirməmişdi) olduğu üçün bir iş aramağa başladım və bir çox əski tanışlara müraciət etdim. Sonra daha yuxarılara müraciət etməyi düşündüm və daha məsul bir şəxsə faks çəkdim.Təbii məmləkət, yəni Azərbaycan müharibə şəraitində olan bir ölkə ( amma bu şəraitin bizim psixologiyamıza heç bir dəxli yoxdur) ona görə də burada işsizlik daha çox ola bilər (hər şey cəbhə üçün şüarını da bura əlavə eləsək) mən bunu başa düşürəm və bütün bunlara baxmayaraq bu qədər yeni iş yerlərində kimlərin çalışdığını düşünəndə, adamı heyrət götürür: nədən bu gənclər oxumağa bu qədər meyillidirlər və onlar görmürlər ki,bu ölkə artıq onların ölkəsi olmaqdan çıxır, bu ölkə onların atalarının ölkəsi olmaqdan çıxır,bu ölkə dünya kurallarına, şərtlərinə uyğun bir inkişaf yoluna qədəm qoyur ki ( satılır demirəm) burda Çarli Çaplinin bir sözü hər zaman yada düşməlidir və mübarizə etməlisən.Çaplin deyir:“ Vo çto bı ne stalo nado bıt bolşim çelovekom...”“Vo çto bı ne stalo...”.Məsələnin qəliz yeri burdan başlayır...”Və bu gün məmləkət insanı və bir çox Sovet dövrünün namuslu insanları məhz “Vo çto bı ne stalo nado bıt bolşim çelovekom” prinsipi ilə yaşadığından eski dost tüfəngləri artıq gülləsiz və barıtsız qalmışdır.Və həqiqətən mən hələ bu ölkədə əli qələm tutan bir insanam və ən azından dərdimi yazıb beləcə təsəlli ala bilirəm.Və bütün bunlardan sonra 6 ay gözlərim yolda qaldı...Ta ki bu ilin, bu ayına gəlib çıxdım.Budu bu işin mayası: bu ölkədə bir təşkilat var: AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI. Var, vallah, var! Özü də orada çox yaxşı insanlar və dövlət adamları işləmişlər və indi də işləyirlər mən bilən.Çünki arada bir görürsən ki, bir şeyə etiraz edirlər. Kiminsə hüququnu müdafiə edirlər və xüsusiylə bu xaricilər başımızın üstünü alıb özləriylə gətirdikləri mütəxəssislərə daha çox maaş verib,bizimkiləri incitdikləri və aşağıladıqları üçün hərdən bir bu təşkilatın adamları səslərini qaldırır və daha onu bilmirəm ki,onların səsinə səs verən olur, ya olmur.Bu gözəlim Azərbaycan Həmkarları Təşkilatları Konfederasiyasının da ayrı-ayrı bölmələri vardı ki, Sovetlərin zamanında o bölmələr çox gözəl işləməkdəydi.Onlardan biri də Mədəniyət İşçilərinin Həmkarlar Təşkilatı idi. Mən bilən indi də var.Və həmin təşkilat məncə bu mədəniyət işləri üçün arada bir putyovkada ayırırdı,göndərirdi lazımı təşkilatlara. Məsələn mən müraciət eləyə bilərdim Yazarlar Birliyinə.İndi bu təşkilatda, yəni Yazarlar Birliyində bu təşkiliatın olduğunu bilmirəm, amma deyirlər var. Allah köməkləri olsun.Bəli, uzun sözün qısası 2010-ci ildə bəzi dostların köməkliyi ilə bu Həmkarlar İttifaqından bir putyovka aldılar mənim üçün, mənə və xanımıma. Həqiqətən də bərk xəstə idim və Bilgəhə gedib pis olmayan bir müalicə də aldım.Bax ha... Oranın dadı damağında adamın və adam bu il də yəni 2011-ci ildə də ora getmək sevdasıyla alışıb yanır və ilin ortasında bir neçə məsul və yaxın tanışlara baş vurur və onlar da insafən çox gözəl qarşılayırlar. Və üstəlik də deyirlər ki, əşi sənə bir hədiyyə olar. 70 yaşın tamam olur. Nə söz, əfəndim!Yuxarıda dedim axı, dadı damağımda qalmışdı. O dad ilə bir xeyli keyf elədim və 2011-ci ildə də ora getmək istədim, amma altı ay ha bu gün, ha sabah gəldi dirəndi bax bu günə.Təbii ki, indi dünya çox dəyişib.Sovetlərdə insan kimi yaşayanlar indi zar-zor yaşamaqdadı, vallah yüz dənə misal deyərəm. Biri mənim özüm.Niyə belə deyirəm: sovetlərdə bir hüquq vardı,o hüququ qoruyan təşkilatlar vardı və mənim hər zaman qorxduğum bir şey baş verdi ki, mən bunu Türkiyədə də eşidəndə canımı vəlvələ almışdı.NƏYDİ BU :(“ah İstanbul...İstanbul...) kitabından sətirlər“GEDİN, KİMƏ DEYİRSİNİZ DEYİN ”.Vəssalam. Yəni, çox-atılıb düşməyin....Yaşadığım Kadıköy səmtindən gəmiylə hər gün Karaköy deyilən bir yerə keçirəm. Artıq nə zamandır.İstər Kadıköydəki, istərsə də Karaköydəki hər mağaza, hər adam artıq çoxdan tanıdığım bir hala gəlmiş mənim üçün.Bir gün çətirim xarab olur. İstanbul türklər buna Şəmsiyə deyirlər. Karaköydə tam yolumun üstündə, gəmi tərsanəsinə yaxın bir çətir təmircisi var. Həm də alışqan doldurur. İstanbul türkləri alışqana (zajiqalkaya) atəş deyirlər. Bir uşaq oturub təmir işlərini eləyir. Çox uşaqdı.Türkiyədə belə uşaqların sayı-hesabı yox.Görünür inkişaf etmiş kapitalizmin insanlığa ən böyük hədiyyəsidi bu. Bəlkə sosializmdə də vardı. (O qədər qaranlıq şeylər vardı ki, bizim üçün, bu da onlardan biri olsun deyək ki... Amma o var ki, sosializmin küçələrində belə uşaqlar az idi). Uşaq baxır və “hayır, şunu yapamam”-deyir.Təbii bu bir uşaq. Məktəbdə oxuması lazım.Burada oturub. Əvvəllər burada bir az yaşlı birisi vardı.Bu uşağın deyəsən böyük qardaşı idi. İndi yoxdur. Onu soruşuram.“Yoxdur”-deyir. Sonra fikrimi anlamış kimi: “Yüz bin verin tamir edim”-deyir.“Kardeşim, bunun kendisi yüz bin oluyor. Nereden çıkardın bu yüz bini?”Elə bu zaman bir adam yaxınlaşır. Deyəsən mənim səsimi eşidib gəlir. Bir az da Türkiyənin Anadolu bölgəsinin adamlarının danışığı kimi, yəni bir az bizim türkcəyə yaxın vəya deyək ki, kürd ləhcəsində:“Ortadoğudan gelmisiniz. Ne istiyorsunuz bu İstanbuldan?”Kardeşim,–deyirəm: men (bu defe qəsdən “ben” əvəzinə “men” deyirəm) Ortadoğudan gelmemişim. Bu ne biçim konuşmaq?”“Ne biliyim. Azerisiniz, nesiniz. Nereden gelmişsiniz? Lafı uzatmayın. Rus parasıyla Türk parasını anlatmayın. İsterseniz yaptırın, istemezseniz çekin gidin.Şudur diyeceğimiz: GİDİN KİME DİYORSUNUZ DEYİN. ”Təbii,bu adamın özü də İstanbula hardansa gəlmiş. Kadıköydə bir küncə sığınmış. Çörək pulunu qazanır. Amma onun belə bir tərzdə danışması heç xoşuma gəlmir. Heç şübhəsiz mənim həyatımın onun həyatından yaxşı olduğunu bilirəm. Məni üzən onun:“NEREDEN GELMİŞSİNİZ” sözləriydi. Və“GİT KİME SÖYLİYORSUN SÖYLE”deməsidi.Eynən bir zamanlar Sovetlərdə olduğu kimi. Sovetləri yıxan, dağıdan, çökdürən də belə mədəniyyətsiz danışıqlar oldu. Belə əxlaqsız adamlar üzündən çökdü o ölkə.Mən nə demək istəyirəm? Onu demək istəyirəm ki :MƏN BU MƏMLƏKƏT ÜÇÜN QORXURAM...Tofiq ABDİN,tofigabdin.comBu yazı ( 810 ) - dəfə oxunmuşdur
Müəllifin digər yazıları
- - ORALARDA KİMLƏR VAR:AĞA LAÇINLI
- - ORALARDA KİMLƏR VAR:Nadir Hüseynov-60
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –3
- - ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –2
- - ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –1
- - ORALARDA KİMLƏR VAR:OĞLUM VƏ YAŞIDLARI
- - ORALARDA KİMLƏR VAR:SƏKSƏNDƏN DOXSANA UZANAN YOLDAKILAR
- - ORALARDA KİMLƏR VAR:Səhifənin qonağı ASLAN QƏHRƏMANLI