ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –3
Tofiq ABDİNPeşəsi, prinsipləri və siyasi əxlaq haqqında
07:52 / 21.04.2012
Bizim nəslin çox gözəl tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Yazı yox, gözəl və faciəvi bir hekayət yazır. Və mən həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram.Orada mən təxminən yarım ay qalıram...Qayıdanda Moskvadan qayıdıram. İnna Rudenkoya telefon açıram və yuxarıdakı hekayəti çox hızlı bir surətdə ona anladıram və yazı üçün təşəkkür edirəm, o isə : O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI-deyir.
O zaman üçün bu ifadənin tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.Bu gözəl qələm sahibi hələ də yaşayır və onunla müsahibəni oxucuların diqqətinə çatdırıram. “Rusiya” qəzetindən sərbəst çeviri. Tofiq Abdin
RQ – Birdən aydınlaşdı ki, təbiətdə heç bir söz azadlığı mövcud deyil. Çünki əgər əvvəl sovet hakimiyyətinin senzurası idisə, indi sahibkarlar senzurası var. Daha yaxşı və ya daha üstün nədi?
Rudenko – Bilirsiniz, sizin bu sualınız belə bir sual doğurur: intihar üçün hansı yol yaxşıdı: özünü asmaqmı, yoxsa zəhərləməkmi? Mən deyə bilmirəm ki, bugünkü məhdudiyyətlər mənə necə təsir edir. Bu məsələdə yolumdan çıxmıram.
RQ –Çünki biz döyülmüş insanlar – bilirik ki, redaksiyanı nə təmin edir,nə təmin etmir.Yazsaq da keçməyəcək.
Rudenko – Bax,bax. O zaman da doğulmadan ölən yazılar vardı,belələri indi də olur.
RQ – Bir az da senzura haqqında. Əlbəttə, yaxşıdı ki, rəsmi o artıq yoxdur. Amma sizin fikrinizcə hansısa formada onu yenidən qaytarmaq lazımdı? Ən azından telekanallarda baş alıb gedən biabırçılıq bunu göstərir və bizə bu biabırçılığı yedizdirirlər.
Rudenko- Soruşduğunuz bu məsələ barədə sosioloqlar xalqa müraciət ediblər.Əhalinin 79 faizi bu fikirdədi ki, senzura qayıtmalıdı. Amma mən düşünürəm, bu insanlar sadəcə elə senzuranın olmamasının,KİV-lərin təbliğatının pozulmasından quduzlaşmadılar.Qatillər,soyğunçular, manyaklar, pozğunlar nə bilirlər senzura nədir.Və yaxud onu tamamilə unudublar.Ümumiyyətlə vəziyyət gəlib bir dalana dayanıb. Hansısa bir ictimai kontrol lazımdır. Amma senzura əskisi halında? Onda o öz əvvəlki vəziyyətinə qayıdacaq, yenidən əvvəllər yaşadığımız şeylər baş verəcək.Yox, əvvəlki kimi senzura olmaz.Ortalıqda özümüzük,özümüz bu işlərin öhdəsindən gəlməliyik.Bu sadəlövh təklifdi, amma başqa yol görmürəm.
RQ – İnna Pavlovna, sizin hay-küy salmış oçerklərinizin qəhrəmanları bu yeni dünyada, indiki ortamda özlərini necə hiss edirlər?
Rudenko – 8 Martda Saşa Nemtsov mənə zəng vurdu, “Borc” oçerkimin qəhrəmanı – əfqan müharibəsində ayaqlarını itirib qayıtmış bir oğlan, o biri döyüşçülər kimi o da tamamilə unudulmuşdu və elə o vaxt mən yazını yazanda da onlar tamamilə unudulmuşdular.Həmin yazının yazılmasından 21 il keçib, biz tez-tez zəngləşirik. O indi Kostamukşedə yaşayır. Öz Ukraynasındakı xoşbəxtliyindən vaz keçib, Kareliyanın soyuqlarına üz tutub. Çünki onun günündə olan veteran-əfqanlar ora toplaşmışlar. O da öz “doğmaları”nın yanına etdi.Keçənlərdə Pılsın Aleksandr Vasiliyeviç zəng vurdu, “Hərbi-səhra romanı” qısa hekayəsinin qəhrəmanı. Elə insanlar var ki, mən onlarla 1962-ci ildən əlaqə saxlayıram.Artıq o yazılar unudulub.
Mən yenə də təkrar edirəm: məni insan maraqlandırır.Nə vaxt ki, həmkarlarım deyirdilər ki, mən Kubaya getmək istəyirəm, mən Şimala getmək istəyirəm, mən Afrikaya getmək istəyirəm, mən onları başa düşmürdüm. Mənə bu ekzotik yerlər yox, mənə insanlar lazımdı, onların taleləri, onların ehtirasları lazımdı. Mənim yazdığım insanlar, məni o saat başa düşürdülər. Aman Allah, nə intervyülər idi? Mən getdiyim yerdə onların həyatıyla yaşayırdım – onlarla işə gedirdim və qonaqlıqlara gedirdim,onların əzizləriylə tanış olurdum, biz çayı birlikdə içirdik, teatra gedirdik. Bəlkə, elə bütün bunlara görə də məni xatırlayırlar.Onlar gördülər ki, mən səmimiyyətlə,ürəkdən onlarla maraqlanıram, onlar mənim üçün əziz insanlardı.
RQ – Sonra isə oturub bunları yazmaq gəlirdi.Bax, o yazı prosesi sizin üçün əzab idimi, yoxsa asan olurdu hər şey?
Rudenko – Məndə həmişə eyni fikir olub: bax, bu məsələni mən heç vaxt yaza bilməyəcəm.Mən o qədər material toplayırdım, bir roman yazmaq olardı. Amma mən oçerk yazmalıydım.Həm də bəlli bir mövzusu olan oçerk. Hər zaman da qərib bir sual yaranırdı: nəyə görə sən bu yazını yazırsan? Ağ vərəq arxasında oturanda məni vahimə basırdı. Sonra da özüm-özümə deyirdim: keçən dəfə də belə olub axı, ancaq öhdəsindən gəldin. Bu qarabasmadır. İndinin özündə də belədi.Əvvəllər bir az yüngül idi bunlar,bir az fərqli idi.Bunu da deyim sizə : mən öz qəhrəmanlarımın həyatı ilə yaşayırdım,uzun müddət onlarla birlikdə olurdum. Ezamiyyətlərdən bir yığın detallar gətirirdim. Heç nəyi özümdən uydurmurdum. Qəsdən.Prinsipial olaraq. Həmkarlarım deyirdilər: “ Özündən bir şeylər uydurmadan bədii oçerklər yazmaq olmaz”.Mən heç nə uydurmurdum. Heç nə. İnan, bu belə idi.
RQ-| Mən inanıram. Və düşünürəm ki, bu nəhəng əmək tələb edir.
Rudenko- Bəli. Mən Smolenskə getdim, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı,o zamanların ən yaxşı sovxoz direktoru olan İvanov haqqında yazmağa getdim. Onun əllərinin ikisi də yoxdu.Cəbhədə itirmişdi. Mən onun haqqında yazmadım. Onun arvadı haqqında yazdım. Baxın, İvanov əsl kişi idi.Amma arvadı? Mənə qonşular dedilər: “İvanovu görən kimi o saat başa düşürük ki, o işə gedir və işdən gəlir. Şayət paltosunun bütün düymələri bağlıdırsa deməli idarəyə gedir. Aman Allahım, heç bilirsizmi bütün ömür boyu bu düymələrin sayı nə qədər olub? Bu hələ hamısı deyil. Orada, o kənddə başqa İvanov varmış, onun da əlləri yoxmuş,amma çox usta bir adam . Öz kirvələrinin köməkliyi ilə bu İvanov özünə çox gözəl ev tikir. Amma tipik piyaniska. Mən ona direketor İvanov haqqında danışdım və soruşdum: Axı niyə belə içirsən,nədən içirsən? O çiyinlərini çəkdi: “ Axı onun çox insan qadını var!” Bütün bunlardan xəbər tutan Şəhər Partiya Komitəsi : siz nə eləyirsiz, axı belə olmaz, axı bu mahalda nə qədər qabaqcıl sağıcılar var, qabaqcıl manqa başçıları var. Sizsə İvanovun arvadı haqqında yazırsız. Redaksiyaya qayıdandan sonra çox götür-qoy elədim: bu ikinci İvanovu xatırlatmaq olarmı,bəlkə bir az insafsız olar bu.Baş redaktorun müavininin yanına getdim,ona danışdım: “ Baxın, bəlkə bu ikinci İvanov məndən artıqdır.” O başını yazıb makinasından qaldırıb :” At onu getsin.Onsuz da sən onu özündən uydurmusan”.Mən stola çökdüm. Aman Allahım neçə illərdi birlikdə işləyirik, bu nə ədalətsiz hökm idi mənim haqqımda?
RQ – Keçmiş zamanların nostoljisi sizi incidirmi?
Rudenko – Xeyr. Boris Pankin mənə bir dəfə dediyi kimi, “ mən nəyə inanırdımsa,yenə də ona inanıram”. Həmçinin mən də beləyəm.Əgər sən məndən kapitalizm və sosializm haqqında soruşursansa, o zaman sosializm yoxdu,indi də kapitalizm yoxdu.
RQ – Və sona yaxın soruşmaq istəyirəm: siz peşiman deyilsiz ki, beləcə yaşamısız, sizin həyatınız illüziyalardan ibarət olub?
Rudenko- Xeyr. Və deyim niyə?Birincisi, elə insanlar var ki,layiq oldu, olmadı həmişə özü haqqında yüksək fikirdədi və mən heç vaxt özüm barədə yüksək fikirdə olmamışam.Mənim anam mühasib olub,atam şərabçılıqda çalışıb.Ailədə kitab da çox az olub.Jurnalistin anadangəlmə istedad məsələsinə də mən inanmıram.Amma uşaqlıqdan qəzetdə işləməyi arzu edirdim. Arzum həyata keçdi – bu xoşbəxtlikdir. Moskva Dövlət Universitetindən sonra müxtəlif şəhərlərdə yeddi il işlədim, o yerlərdə çox istedadlı qızlar da vardı və oralarda da qaldılar.Məni “Komsomolskaya” götürdülər. Yarım əsrdən iki il əksik bu doğma qəzetdə işləmişəm və keçənlərdə 80 yaşım oldu.Ola bilsin, mən heç bu taleyə layiq də deyiləm.Məyus olduğum günlər olub. Bəzən düşünürəm: yazırsan-yazırsan və əbədi bir heçlik. Kiçik insanlar yenə də əziyyət içindədir, amma bir alçaq məmur yenə də meydan oxuyur. Çətin anlarımda,acı və təhlükəli günlərimdə Brodskinin sözlərini yada salıram: “ƏSLİNDƏ YAŞAMAQ ÇOX SADƏ BİR ŞEYDİR. YALNIZ XATIRLAMAQ LAZIMDI Kİ, DÜNYADA SƏNDƏN YAXŞI İNSANLAR VAR”.
İNNA RUDENKO KİMDİ
Orta və böyük nəsilin insanları bu soyadı yaxşı bilirlər. “Komsomolskaya”da öz,publisistik yazılıranı,məqalələrini çap etdirirdi və bu yazılar demək olar ki, həmişə geniş ictimai həyatın hadisəsi olurdu.Onlar hakimiyyətdə qıcıqlanmaya səbəb olurdu, insanlar arasında mübahisələr yaradırdı,bu yazılara görə qətnamələr qəbul edilirdi, onun tənqid etdiyi bürokratlar həmən işdən azad olunurdu. İnna Rudenko jurnalistikada öz məktəbini yaratdı.Publisistin istedadı insanlığa, onun ağrılarına və sevincinə qeyri-adi yanaşma ilə seçilirdi.Oxucu məktubuna əsasən ezamiyyətə yola düşərək, soyuq müşahidə ilə həmişə xeyirin müdafiəsinə qalxırdı, həqiqətlər, sevgilər onun qələmindən əksik deyildi. Onun şəxsi mövqeyi vardı, o öz peşəsini sevirdi, ətraf mühitə təsir etmək, onun daha da saflaşdırmaq mübirizəsi vardı içində həmişə.Baxın, mən keçmiş vaxtla Rudenko haqqında danışıram? O indi də hamı həmin qəzetdə zəhmət çəkir. Hərçənd və həyat başqalaşdı, qəzetlər dəyişdi.
Yaxın vaxtlarda onun 80 yaşı oldu. Rusiyanın jurnalistlərinin İttifaqı İnna Rudenkoya öz ən yüksək mükafatını təltif etdi, hansı ki, “Rusiya jurnalistikasının Əfsanəsi” adlanır. Bu formal səbəb idi.Bu fürsətdən istafadə edib təbriklərlə oldu və diktofonlar ona qarşı uzadıldı.Ortaya çıxmaq üçün. Rudenko təbrikləri həvəslə qəbul etdi və müsahibə haqqında təklifə təəccübləndi. O zaman razı oldu ki, dedik ki,sadəcə söhbət edəcəyik. Tanış həmkarlar kimi...
Və həmin söhbəti də biz sizin diqqətinizə çatdırdıq.
Not: Bu sıradan olan yazılarımızı diqqətlə izləyən tanınmış yazar və jurnalistikamızın dev qələm sahiblərindən biri ŞAKİR YAQUBOV dostanə iradlarını bildirdi:
1.Siz “Rosiyskaya qazeta”nı “Rus qəzeti” kimi vermisiniz.Qəzet adı tərcümə olunmaz.
2.Mənə zəng edəndə dediniz ki,bir neçə yazara müraciət edərək İnna Rudenko adında yazarı tanıyırsınızmı deyə soruşmusuz.Nemət Veysəllidən başqa kimsə onu tanımayıb.Halbuki,o yazar rəsmi olaraq RUS JURNALİSTİKASININ ƏFSANƏSİ adına layiq görülən ilk yazardır. Gərək bunu yazınızın əvvəlində bildirəydiniz.
Şakir müəllimin son iradı barədə mən özüm qəsdən yazının sonunda bildirməyi düşünmüşdüm.
Tofiq ABDİN,
[email protected]
tofigabdin.comBu yazı ( 597 ) - dəfə oxunmuşdur
Müəllifin digər yazıları
- - ORALARDA KİMLƏR VAR:AĞA LAÇINLI
- - ORALARDA KİMLƏR VAR:Nadir Hüseynov-60
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR:SƏHİFƏNİN QONAĞI RAMİZ ORSƏR
- - ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –2
- - ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –1
- - ORALARDA KİMLƏR VAR:OĞLUM VƏ YAŞIDLARI
- - ORALARDA KİMLƏR VAR:SƏKSƏNDƏN DOXSANA UZANAN YOLDAKILAR
- - ORALARDA KİMLƏR VAR:Səhifənin qonağı ASLAN QƏHRƏMANLI
- - ORALARDA KİMLƏR VAR:kulis.az-dakı Dostlar
- - ORALARDA KİMLƏR VAR:XOCALI QURBANLARI
- - ORALARDA KİMLƏR VAR:VALERİ MARÇENKO-6
- - ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO-5
- - ORALARDA KİMLƏR VAR:VALERİ MARÇENKO-4
- - ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO-3
- - ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO-2
- - ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO
- - ORALARDA KİMLƏR VAR : İRADƏ TUNCAY
- - ORALARDA KİMLƏR VAR:ÜMİD VERƏNLƏR VƏ ÜMİDLƏ YAŞAYANLAR
- - ORALARDA KİMLƏR VAR: DUALARLA YAŞAYANLAR
- - ORALARDA KİMLƏR VAR: DAHA YAZMA DEYƏNLƏR
- - ORALARDA KİMLƏR VAR: SIRASI DARALAN TANIŞLAR
- - ORALARDA KİMLƏR VAR: BİR TÜRK MİZAHÇISI NEYZEN TEVFİK (1879-1953) VƏ YAXUD BİZİM AZƏRİCƏDƏ NEY
- - ORALARDA KİMLƏR VAR: MƏSƏLƏN : TANIDIQLARIMDAN BİRİ