Məhəmməd ƏminRəsulzadə
Şirməmməd Hüseynov
11:54 / 17.12.2011Əsərləri Üçüncü cild (1915-1916)Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.Ön sözAzərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.(Əvvəli ötən şənbə saylarımızda)
Quramaİran etidaliyunları həmişə deyirlərdi ki:“Əz sütuni be sütuni fərcəst”Bu bir zərbülməsəldir. Bunun qəribə də bir hekayəsi var.İran imdi də hərc-mərcdədir a, ancaq istibdad zamanı başqa cürədir. Hər hakim istədigini asar, istədigini kəsərdi.Bir kərə də hakimin kefinə çatmış Allah bəndəsinin birini sütunun birisinə sarıdırmış və sərbazdan birinə əmr vermiş ki, biçarəyə bir güllə vursun.Zavallı adam nə eləsin. Ölümü mühəqqəq. Budur sərbaz çaxmağı çəkdi, imdi atacaq, part, canı çıxacaq.Zalım çox olduğu yerdə hiylə də çox olur. Qol qüvvəti ilə dəf olunmayan bəla əql və tədbir gücü ilə rədd olunurmuş.Sütuna sarılı olan məhkum:– Əgər müsəlmansınızsa Allah xatirinə, Peyğəmbər hörmətinə bu axır nəfəsimdə bircə xahişim var, onu qəbul ediniz! – demiş, yalvarmış, gözünün yaşını tökmüş.Sərbaz nə qədər cəllad olsa da adamdır. Ürəgi yanmış, söylə görüm nə istəyirsən, – demiş.– Qardaş bu sütunda ölmək istəmiyoram, bəni buradan açıb o biri sütuna sar, orada öldür, – demiş.Sərbaz böylə boş bir xahişi qəbul etməkdə nə zərər olduğuna əql erdirməyərək məhkumun istədiginə əməl etmiş. Gəlmiş adamcığazın qollarını açmış və o biri sütuna bağladıqdan sonra geri çəkilmiş, tüfəngini rastlayaraq çaxmağını çəkmiş, gözlərini yum demiş.Gözləri yumulmuş.Sərbaz – bir, iki, üç deyincə baxmış ki, qırmızı geyinmiş fərraş qaça-qaça gəlir.Fərraş yaxınlaşınca:– Aman sərbaz əl saxla, demiş.– Olmaz demiş, hakim bana öldürülməsini əmr etdi!–Yok demiş, dayan, hakim özü əzl olundu. Tazə hakim buyurdu ki, edam icra olnmasın.Sərbaz tüfəngini çiyninə saldı, məhkumun qolunu açdılar və haman anladılar ki: əz sütuni fərcəst.Bən bu hekayəni nə münasibətilə nəql ediyordum – hə lap az qala yadımdan çıxmışdı.Duma qlasnıları seçkiləri gecikdirmək istiyorlarmı?İştə o münasibətlə.lllİmdiki quramadır, çarçuydan aldığımız aşağıdakı sualı da buraya quryalım!Məmməd Əliyof namində birisi bizi dünya işinə aid olan məsələlərin şəriətmədarı kibi tələqqi edərək bir molladan cənabət qüsulu haqqında nə cür sual olunursa öylə ifadə ilə xəbər alır ki:Ağayi – müdiri – məsulə:Hər bir tacir çay səbzin putunu otuz manata alıb altmış, bəzən də həştad manata satsa və həştad manata aldığı bu çayı ikinci alıcı bin məşəqqət ilə satıb onunla on beş baş ailəyə çörək qazanmaqla güzəran etmək istədikdəki, çay putunun içindən otuz girvənkə daş çıxsa, həm də aldığı çayı misqal-misqal satmaq məcburiyyətində olduğu üçün aldığı daşı kimsəyə sata bilməsə o halda bu daşı kim qəbul etməlidir, çay satanmı, yoxsa alan?Qədim zamanda olsaydı bu daşı aparıb satıcının təpəsinə vurarlardı. Fəqət imdi sən aparıb bu daşı onun başına vursan ehtimal başına otuz girvənkəlik daşdan böyük bir kələk çıxar. Yaxşısı budur ki, siz tərəflərdə ədalət təmin edən tapılarsa, onlara xəbər ver bu məsələni həll etsinlər.lllVaxtı ilə bəndən başqa bir məsələ də soruşmuşlardı; bilmiyorum hansı şəhərdən idi, birisi bənə bir kağız yazıb böyük alış-verişçilərdən şikayət edir və bunun çarəsini soruşurdu.Əlbəttə, anlaşılır ki, kağız yazan özü xırda füruşlardandır. Xırda füruş şikayət ediyor ki, biz hərəmiz bir böyük külfətik, gündəlik kəsbü karımızla bir sürü “xırdacal” bəsliyirik. Amma nainsaf “optovıçılar” o qədər zülm edirlər ki, bizə yaşamaq müşkül olur. Bizə çox zülm edirlər. Bir-iki girvənkə alan müştərilər ilə bizə təfavüt qoymuyorlar. Qoyanda da o qədər cüzi ki, bundan “Fatıya tuman çıxmır”.Əlbəttə, padişahı uzaqda və Allahı göydə görən bu “məzlum” dərdinə öz şəhərlərində bir çarə tapmamış ki, qəzetəçiyə rücu eləmiş, rücu edincə də güman etmiş ki, qəzetə mühərriri yazar, bazardakı optovıçının ürəginə rəhm salar. Onun da xırda füruşların bir sürü “xırdacallarına” canı yanar.Fəqət zavallı xırda füruş elə bilirəm ki, sənin heç bir çarən qalmamış, bilməlisən ki, dünya qüvvət dünyasıdır, zəif olan altda qalar və hər kəs ki, altda qaldı vay onun halına, üstəki malik olacaq canına, acığın da gəlsə – təsəllüt edəcək irzinə, namusuna, malına.Qüvvətlinin üç rükni vardır:1) cib gücü – pul2) Qol gücü – məlum3) Əql gücü – elmSəndə ki birincisi yoxdur, olsaydı sən də xırda füruş degil, zorba füruş olardın və altda qalmayıb üstə çıxardın.Qolun bəlkə də güclüdür. Bəlkə də iş yumruğa gəlsə, optovıçını əzərsən, şil-küt edərsən. Ancaq zəmanə elədir ki, artıq qol gücü iş görmüyor.Bənə deyə bilərlər ki, Bakı qoçuları ilə bəzi pulluları sənin bu sözlərini təkzib etməkdədir. Ancaq bən də onlara diyorum ki, “bir gül ilə bahar olmaz!”Bərfərz, ay xırda füruş, acığın olsa gedib sənə zülm edən böyük taciri kötək altına salsan, bundan xırdacallarının qarnına bir loxma ətmək getməz. Biləks xırdacalların məcbur olarlar ki, öz ətməklərindən kəsib sənin üçün qazamata pay gətirsinlər. Bəs çarən nədir?Əqlin güclüdürmü? Elmin, biliyin varmı?– Bilirəm yok, diyərsən.– Yokmu? Onda bil və agah ol ki, optovıçı dedigin adam nə sənin işinə, nə ağarmış rişinə, nə də tökülən göz yaşlarına baxmayacaq və səni üzüquylu qoyub üzərinə bir taxta qoyacaq özü də çıxıb lap üstündə oturacaq. Sən də dilini yarım arşın çıxaracaqsan. Qan qusa-qusa can verəcəksən.– Nə qorxunc nəticə.– Öyləmi?... O halda sənin üçün olmasa da uşaqların üçün bir çarə vardır. Ondan barı qəflət etmə. Boğazından kəs, paltarından kəs, uşaqlarını məktəbə ver. Qoy gözləri açılsın. Qoy dil ögrənsinlər. Üsula aşina olsunlar, sənin böyük oğlun məsələn, bən diyən kibi olsa və sənin yerinə keçsə, o şübhəsiz sən bacarmadığın optovıçının öhdəsindən gələr. Məsələ, sizə baha qiymətə satdığı mətahın əsl mənbəyini öyrənib mümkün vasitələrlə oradan yazdırar və şübhəsiz ki, ucuz tamam edər.Hələ bundan başqa xırda füruşlarda bilik olsa və işin yolunu tapa bilsəniz başqa vasitələrlə də sizi sıxan optovıçılarla mübarizə edə bilərsiniz.Yoxsa “Quran oxumaqla donuz darıdan çıxmaz” – demişlər. Allah onlara rəhmət eləsin – yaxşı da demişlər.Niş“Yeni İqbal”, 5 may 1915, №7Qardaş günü!Sabah (pəncşənbə günü) cəmiyyəti-xeyriyyə tərəfindən oğlanlı-qızlı cavanlar əllərində ianə cəbbələri, sinələrində “Qardaş köməgi” həmayili olduğu halda, Bakının küçələrinə yayılacaq, Kars və Ərdəhan səmtlərində fəlakətə uğrayan müsəlman qaçqınlar üçün kömək istəyəcəklərdir.Bu köməgi bilafərq millət və məzhəb hər kəsdən istəyəcəklərdir. Çünki fəlakətzədəyə kömək xüsusunda millət gözədilməz. İnsan məhz insan olduğu üçün hər hanki bir zavallıya kömək etmək məcburiyyətində ikən, zavala uğrarkən hər hanki bir insandan dəxi kömək diləyə bilər. Bilxassə bir məmləkət və vətəndaş olaraq yaşayan insanlar müxtəlif cins və millətlərə tabe olsalar da, bu kibi xüsuslarda haman böyük Sədinin:“Bəni-adəm “Əzai-yekdigərənd” düsturuna görə hərəkət etməlidirlər. Fəqət sabahkı qardaş günü müsəlmanlardan ötrü başqa mənayə malikdir.Din və qan qardaşlarımız insanların anlaşılmaz vəhşətinə düçar olduqdan sonra imdi də təbiətin amansız soyuqlarına, rəhimsiz xəstəliklərinə giriftar olub, ölümlə cəngəlləşməkdədirlər.Fəqət “insan ölürkən belə qardaş qucağında ölərsə, kəndisi üçün bir təsəllidir”. Bu sözü cəmiyyəti-xeyriyyə köməkçilərinə demişlər, həm kimlər demiş. O, Ərdahan düzündə, Kars dağlarında müsibətlərin ən böyügünə giriftar olan qardaşlarımız. O bəlalı qardaşlarımız demişlər.Əvət, bizim Kars və Ərdəhan fəlakətzədələrinə göstərəcəgimiz müavinət maddətən onların ehtimal ki, yüzdə bir ehtiyaclarını ödəməyəcək. Fəqət bu ianə mənən nə qədər böyük bir mənayə, ali bir tərbiyeyi-ictimaiyyəyə malikdir.Bugünki Kars məktublarında verdigimiz ianələrin, göstərdigimiz müavinətlərin nə kibi hisslər təvəllid etdigindən bəhs olunuyor.İştə, yarın ki, qardaş günü hasil etdigi maddi hasilatdan başqa böyük bir mənəviyyətə malikdir: şübhəsiz ki, bundan hasil olacaq pulun çoxluğu, göstərilməsi arzu olunan mənəvi rabitənin çoxluğuna dəlil olacaq!Buna görə, ey oxucu, sabahkı günə hazırlan, bütün səmimiyyətinlə bu günün əlamətini saqınmaqda olanları istiqlal et və nə verə bilərsən ver, ver ki, sənin bu qəpiklərinlə dul arvadlara əgin-baş, ac balalara əkmək alınıb, yetimlərin göz yaşı silinəcək və ehsan edənlərə səmimi dualar olunacaqdır.Qardaş, qardaş kəlməsi yəqinən ki, səndə də tutulmaz bir hiss təvəllüd ediyor. İştə, yarın bu hissin aşsın, daşsın, həqiqi bir səmimiyyət nümunəsi göstərsin!Haydi himmət göstərməgə hazırlan, çünki:Sabah qardaş günüdür!M.Ə.Rəsulzadə“Yeni İqbal”, 6 may 1915, №8Bu günBu gün Bakı müsəlmanlarının ictimai diriliklərində daha misli keçməmiş bir gündür. Bu gün məlum olduğu üzrə Bakı cəmiyyəti-xeyriyyəsi mərifətilə Kars və Ərdəhan ətrafındaki hərbzədə müsəlmanlar faidəsinə bütün qorodonaçalstvo dairəsində ümumi “cəbbə ianəsi” tərtib veriləcəkdir.Əvət, möhtərəm oxucu, bu gün səhər tezdən işinə gedərkən yolda bir əlində cəbbə, boynunda “Qardaş köməgi” yazılı həmayil, digər bir əlində bəzi xırda rəsmlər dolusu bir səbət bulunan cavan qızlar və oğlanlara rast gələcəksən.Bunları görüncə dayan. Sənə təklif olunan o nişana bir diqqət et, boyalı küçicik bir kağız üzərində görəcəksən ki, səfil bir arvad tərsim olunmuş, arvadın gözləri acından çuxura düşmüş, üzündə bir qorxu və vəhşət əsəri görünməkdə, yanındakilərə diqqət et. İştə, qucağında çırçıpraq bir bala, məmə uşağı, yanında ayaqyalın, yırtığa bürünmüş digər iki səfil cocuq.Nədir bu mənzərə!Bu sual yəqin ki, səni düşündürəcək. Gəl sənə anladım ki, təqdim olunan bu səfalət mənzərəsi nədir?Gördügün səfil arvad, əgər ailə böyügü isən, evdə buraxdığın arvadın kibi xatiri sevilər, könlü alınır bir xanım, yanındaki fəci hallar təşkil edən balalar da Allah səninkilərdən uzaq eləsin, onun nazpərvər balaları! Onlar bir gün əvvəl səmtbazla yaşarkən başlarına fəlakət enmiş. İştə, dilənçi və səfil olmuşlar!Harada bu fəlakət?..Ah, bu sualı vermə ki, rəsmdə gördügün səfillər ondan xəbər alsalar məşəqqətləri birə on üst olar?Hardamı soruyorsın!Qardaş qardaşından da bu qədər bixəbər qalarmı? Bizi biri-birimizə tapşırmamışlarmı? Kars və Ərdəhan fəlakətlərini, ora müsəlmanlarının qədr və ehtiyac içində can çəkməkdə olduqlarını eşitmədikmi?İştə, bu səfalət mənzərəsi o zavallı müsəlman hərbzədələrinin bir nümunəsi!Fəqət bu nədir? Bu xərvardan bir nümunə! Hansı rəssamdır ki, orada vaqe olan faciələri eynilə təsvir edə bilsin!!Zatən burada mərsiyəxanlığa, şəbəgərdanlığa da ehtiyac yox. Bir azacıq düşün: bir kəndə, bir qəsəbəyə od və qılıncla gəliyorlar. Qətliam... kişilər, çörək qazananlar itlaf olunur, evlər, xanimanlar dağılır, yeməlilər, geyməlilər aparılır. Bu halda bir də qalan qoca kişilərin, dul arvadların, xırda balaların halı nə olar?İştə, sənə təqdim olunan səfalət mənzərəsi bu halı bir dərəcə olsun sənin təsəvvürünə gətirmək və onların haqqında mərhəmətini cəlb etmək istiyor!Sən böylə bir xahiş müqabilində təsirsiz qalacaqmısan? Sən ki, bala məhəbbətinin nə olduğunu bilirsən, sənki bacı, qardaş, ana əlaqəsindən xəbərsiz degilsən!Ay müsəlman, bil ki, bu gün verəcəgin beş qəpik başqa bir yerdə sərf elədigin beş manatdan daha əfsəldir.Ay mömin, bil ki, bu günki ehsan, ehsanların ən yerinə düşənidir.Ay Hacı, sən bu gün verəcəgin ianənlə həc-əkbər etmiş olacaqsan, çünki cəbbələrə atacağın şahılarınla sən bir çox şikəstləri ələ gətirəcəksən.“Del bedəst avərke həcc əkbərəstƏz həzəran həcc yek del behtər əst!”Möhtərəm Şəfiqə xanım yuxusunda gördügü kibi dünyanın ən böyük bir müsibətinə uğrayan qardaşlarımıza vəqtində kömək edəmmədigimizdən, bir çox müsəlman balaları acından, soyuqan tələf oldular. Bir çoxları da suyə çəkildi, Rusiyaya göndərildi, polklara, atryadlara övlad edildi.Fəqət daha artıq tənbəllikdən qalalım. Gec də olsa başladığımız ianəni müzayiqə etməyəlim. Bu günə əhəmiyyət verib onu milli bir bayram, milli bir gün qədər bənimsəyəlim. Bu bənimsəməklə biz zavallı fələkzədə qardaşlarımıza yalnız pulla degil, ruhla da kömək etmiş oluruz.Bu günün adı nə əla düşünülmüş – “Qardaş köməgi!”İştə, bu gün sizə rast gələcək ianəçilər sizdən istəyəcəklər ki, bu günki gündə qardaşlığınızı isbat edəsiniz, “Qardaş köməgi” üçün ayırdığınız sədəqənizi verəsiniz!Əlbəttə ki, böylə ali və səmimi bir təklif müqabilində siz dayanmayacaq, haman bir parça həmiyyət kəsbi çəksəniz və nə qədər imkanınız varsa verəcək və müsəlmanların qardaş olduğunu isbat edəcəksiniz.M.Ə.Rəsulzadə“Yeni İqbal”, 7 may 1915 №9“Qardaş köməgi”nin müvəffəqiyyətiBu sətrləri qaralamağa başlarkən daha 450-ə yaxın paylanan ianə cəbbəlinin hamısı açılıb hesabı görülməmişdi. Fəqət təxmini hər halda 20 ilə 25 min arasında idi.İşin ümdəsi əlbəttə ki, bu igirmi beş min manat degildir. Müsəlmanlar tərəfindən yapılan bilxassə müsəlman xanımlarının köməgilə icra olunan bu işin təşkilində, təşkilatca müsəlləm olan bir çox nöqtəsilə bərabər maddətən bu qədər müvəffəqiyyət özü özlügündə şübhəsiz ki, sevincli bir haldır.Fəqət mayın yeddisinin mənəvi cəhəti, ruhani tərəfi heç bir müqayisəylə ölçülür şeylərdən degildir. Müsəlman həyati-xüsusiyyəsi nöqteyi-nəzərindən təhlil olunduqda bu gün Bakı müsəlmanları böyük bir tərəqqi keçirmiş olduqlarını göstəriyorlardı.İki yüzə qədər satıcı xanımlardan yüz əlliyə yaxın böyük bir miqdarı haman özümüzkilər, müsəlmanlar idi.On sənə əvvəlisi barmaqla sayılıb da adları belə bir növ ehtiyatla çəkilən tərbiyəli xanımlara ancaq malik ikən bu gün küçələrə yayılıb da qapı-qapı, dükanbadükan, küçəbəküçə gəzən və zavallı qardaşları üçün rəhmət və şəfqət diləyən tərbiyəli bir qafileyi-nisvana malik olmaqla istiqbalımızdan əlbəttə ki, əmin ola biləriz.Bugünkü aləmə bir nəzər ediniz. Hər yerdəki kadın da camaat işi ilə əlaqədardır, hər yerdə ki, kadın möhtərəmdir, hər yerdə kadının az-çox ictimai bir mövqeyi vardır, tərəqqi, qüvvət, ümuran da oradadır. Bu yalnız bu gün degil və yalnız bugünkü təməddün aləminə də münhəsir degildir. Müzəffər islam ordularının fateh vaizləri yaralarını saranlara öz müasir nəsihət və nitqiləri ilə onları davaya təşci edənlər, yenə kadınlar, müsəlman xanımları idi. Bunu tarixi-qəzavat bizə göstərməkdədir. Bununla bərabər müşahiri-islamın təranim əhvalını qeyd və zəbt edən əsərlər dəxi bizə göstəriyor ki, islamın rövnəqli günlərində müsəlmanların halı gördügümüz və təsəvvür etdigimiz hallardan başqa olmuşdur.Mövzudan uzaq düşdük. Əvət, mayın yeddisi maddi böyük bir faidə təmin etdigindən əlavə mənəvi bir məziyyətə malik idi. İanə yığanlarda və ianə verənlərdəki görülən ruh qabarıqlığı mənəvi şətarət ərbabi-zövq üçün öylə böyük bir ruh ianəsidir. Həqiqətən də maddi miqyasların heç bir növü ilə ölçülməz.Hər bir millətdə olduğu kibi biz müsəlmanlarda da şübhəsiz ki, müxtəlif sinif və təbəqə, müxtəlif məslək və nəzəriyyə sahibləri vardır. Hələ bizdəki rəy ixtilafı və məslək ayrılığı məəttəəssüf başqalarındakı şəkildə də degildir. Bir çox şeylərdə təcrübə edildiginə görə bizdə ixtilafları şiddətləndirən ədəmi-təhəmmül, biri-birinin fikrini çəkməməzlik var. Halbuki, bu gün öylə bir şey müşahidə olunmuyordu. Bu gün hər kəs, hər kəs birləşmişdi. Kars və Ərdahan faciələri və bu faciələrdən hasil olan dərd və ələmləri yüngüllətmək hissi əvamü-xəvas, dövlətli və kasıb, arvad və kişi, intiligent və qara cəmaət, köhnə və tazə, böyük və kiçik – hamısı, hamısını birləşdirmişdi.Əllərinə cəbbə alıb da ianə yığanlar arasında müəllimlə bərabər mütəəllim, müəllimə ilə barəbar mütəəllimə, ağa ilə bərabər əmələ mövcud olduğu kibi sinələrini bu günün satılıq malını təşkil edən səfil ailə mənzərəsindən ibarət “Qardaş köməgi” əlaməti ilə təzyin edənlər də iştə bu növ müxtəlif və biri-birinə müttəzad təbəqə və siniflərə malik idilər.Əlbəttə, əllərinə cəbbə alıb da qəpik-qəpik para toplayanlar arasında olanlardan Ağamusa Nağıyev, İsmayıl bəy Səfərəlibəyov, Liza xanım Muxtarova, Tamara xanım Əsədullayeva kibi milyonerlər və milyoner xanımları özləri istəsələr haman bu gün toplanacaq paranın mislini, iki mislini ianə edə bilərdilər. Fəqət əmin olunuz ki, o surətlə vercəkləri minlərin bu surətlə yığdıqları onlar qədər mənəvi əhəmiyyəti olmazdı. Təkrar ediyoruz ki, burada iş maddidən ziyadə mənəvi, ümumi millət ehtiyacı qarşısında ümumi millətin ittihad etməsindədir. Əlbəttə, dövlətlilərimizin bu vəqtə qədər öz ciblərinə az əl uzatdıqları onlardan ötrü bir qəbahət təşkil etməkdədir ki, hər zaman üzlərinə vurulacaq. Fəqət bununla bərabər öylə milli bir işdə millətin ən adi bir fərdi kibi cəmaətə qarışıb da işləmələrinin dəxi qədrü-mənəviyyəti bilinməlidir.Şübhəsiz ki, millətimizin cavan ünsürünü təşkil edən ianə yığanlar cavan ünsürə məxsus böyük bir şövq və həvəslə işə yapışmış və bu xüsusda var qüvvələrini sərf etmişlər idi. Fəqət bunların bu şövq və zövqlərini, bu qədər ruhən qabarıq olduqlarını cəmaətdən gördükləri hüsni-qəbul doğurmuşdu. “Müstəme sahibi-süxənra bər sərkar avərd” misrayi məşhur sözlərdəndir. Bu sözü bir az təğyirlə bu münasibətlə də təkrar edib demək olar ki: “Pul verən pul yığanı şövqə gətirər”. Həqiqətən də pul verənlər özgə bir həvəslə veriyor və yaxasında on beş nişanı olan on altıncısını alarkən yenə şikayət etmək istəmiyordu.Məqaləmizin uzanmasına səbəb olsa da burada gərək ianə yığanların ciddiyyətini və ianə edənlərimizin şövqünü rəna göstərmək üçün bir neçə misal zikr edəcəgəm.Dörd yolun ayrıcında, şəhərin ən işlək bir yerində nişan satanlar mərkəz qurmuşlar. Təsadüfən burası bir kor dilənçinin həmişəlik mərkəzi imiş.Bu, başqalar naminə dilənçiligə çıxan saillər özü üçün sual etməkdə olan dilənçinin bazarını batırtmasınlarmı? Zavallı dilənçi rəfiqələrini güclü hiss etdikcə “amansızlar, haradan gəldiniz də bənim bazarımı yatırtdınız” deyə protesto etmiş. Fəqət tazə varid “dilənçilər” özlərini nədən ötrü “dilənçiligə” çıxdıqlarını zavallı kora hali edincə o da bir qəpik vermiş və yaxasına bir əlamət taxtırmışdı.Yorğan tikən bir qoca kişi nişan satanları saxlatmış, nədir bu, nə üçün toplayırsız? – deyə sormuş.Buna anlatmışlar ki, Kars və Ərdahanı fəlakətzədələr üçün yığılır.Bunu duyunca qoca haman ağlamağa başlamış “atam, anam onlara fəda” deyə cibindən bir ovuc ağ pul çıxararaq tökmüş və haman ağlaya-ağlaya dönüb getmişdir.Çarşafa bürünüb də yastı başmaqlarını süründürərək gedən bir dəstə arvadlara rast gələn ianəçilərdən qız olanı yoldaşından ayrılmış, haman arvadların içinə soxulmuş, mətləbi anlatmış və köməkliklərini istəmiş. Arvadlar haman çarşaflarının ucuna düymələmiş olduqları xırda pullarını açaraq kamalla cəbbəyə atmışlar. Üstündən “Allah imkanınızı qəbul etsin” – deyə duada bulunmuşlardı.Bu kibi lövhələr, misallar çök.Vətənə ariz olan bəlaların yetirdigi xəsarətlər çoksa, faidələri də az degildir. Bu faidələrindən böyügü iştə bu ittihad və yeganəlik hissinin doğrulmasıdır.Mayın yeddisi bu hissin yalnız müsəlmanlar və müsəlman sinif və təbəqəsi arasında doğulmuş olduğuna şahid olmadı. Bu gün bir vətəndə yaşayan müxtəlif millətlərin hüsnü-imtizacına dəxi böyük bir vəsilə və hüsni-imtizacın mövcud olduğunu göstərməyə yaxşı bir vasitə təşkil etdi.Bu gün ianə toplayanlarla arasında qeyri qonşu millətlərə mənsub xanımlar, əfəndilər olduğu kibi şəhərin bütün əhalisi də bilafərq millət və məzhəb ianədə bulunmuşlardı. İanə edənlər hər hanki bir millətə mənsub olursa-olsun, ianə yığanların haman bir bəşasət və mənəviyyətlə qəbul edib onlara qarşı bir istisqal göstərmiyorlardı. Bu isə bu günün mənəviyyat və əhəmiyyətini daha da artırırdı. Bu gün yalnız şəhərə məxsus olmayıb mədənlərə və ətraf kəndlərə də şamil idi. Qala, Mərdəkan, Məşdağa, Xilə, Bülbülə, Suraxanı, Zabrat, Biləcəri kibi kəndlərə dəxi cəbbələr gedib ianələr toplanılmış. Hər yanda haman müvəffəqiyyət, haman ruh və şətarət görülmüşdü.İanə yığmaq qəsəmləri arasında işin mənəvi cəhətini mülahizə edərsək, bəncə, cəbbə ilə ianə toplamaq ən müvəffəq və ən müstəhsən bir üsuldur. Çünki burada əvvəla bütün təbəqatinas ianə ilə iştirak elədigi kibi kimin nə qədər verdigi də bir dərəcəyədək sezilməyib özü ilə öz Allahı arasında qalıyor.Bakının bu gözəl təşəbbüsü əlbəttə ki, sair yerlərin müsəlmanları tərəfindən də təqlid edilir. Bu təqlidə bilxassə bu sırada başlamalıdır ki, ehtiyac günü-gündən artıyor və haman nə qədər olsa məsrəf olunacaq. Dün Səfikürdski cənablarından aldığımız bir teleqrafdan anlaşılır ki, fəlakətzədə yerlərdə aclıq və səfalət xəstəliyi olan yatalaq mərəzi – müsriyyəsi təxribat icra etməkdədir. İştə, bu zavallılara təbiblər göndərmək və o yerlər üçün səhiyyə heyətləri təşkil etmək lazım gələcək və əlbəttə ki, bütün bunları bacara bilmək üçün pul, pul və yenə də pul lazım olacaqdır.M.Ə.Rəsulzadə“Yeni İqbal”, 10 may 1915, №11Təşği – ürək vermə, ürəkləndirməİstisqal – pis qarşılama, pis yola salmaQəsəm – and, and içməTəbib köməgi gərəkCəmiyyəti-xeyriyyə nümayəndələrindən Səfikürdski cənabları cəmiyyətə çəkdigi bir teleqrafında fəlakətzədə yerlərin yatalaq azarından dəhşətli zərərlər çəkməkdə olduğunu bildiriyor.Bardus uçastokunda Zəkimə kəndində 150, Kurəşxanə kəndində 100 və Tuz kəndində 130-a qədər adam tələf olmuş.Göstərilən rəqəmlər müdhişdir. Bir kənddən 150 və 100 adam tələf olursa, azarın nə dərəcədə şiddət etməkdə olduğu anlaşılmalıdır. Demək ki, xəstəliyə tutulan kəndlər haman tamamilə qırılıb tələf olmağa məhkum kibidirlər.Cəmiyyəti-xeyriyyə nümayəndəsi bu bəlayə qarşı tədbirlər görmək üçün bir təbiblə üç-dörd də feldşer istəmişdir. Cəmiyyəti-xeyriyyə burasına diqqət verib də bir an əvvəl istənilən tibbi müavinəti göndərməlidir. Çünki millətin ən saf və billurin qismini təşkil edən bu zavallıları ölümdən qurtarmaq və müsri xəstəliklərə tutulmuş kəndləri tibbi tədbirlərlə təcrübə edib də başqa kənd və qəsəbələri sirayət bəlasından saxlamaq millətə qarşı göstərilən ən böyük bir xidmətdir.Kars və Ərdahan tərəflərinə göndərilən heyətin tibbi kömək istəmək üzrə vaqe olan bu tələbi əvvəlinci degildir. Bundan təqribən bir ay əvvəlisi dəxi doktor Xosrov bəy Sultanov cənabları da bateleqraf səkkiz tibbiyyəli tələbənin göndərilməsini istəmişdi: bu istəyişdə tələbələrin son sinifdən olmasa da, heç olmasa üçüncü sinifdən olmaları dəxi ayrıca arzu edilmişdi.İmdiki halda təbiblə tibbiyyəli tələbə bulmaq işinin müşkül olduğunu təqdir etməklə bərabər, bu vəqtə qədər vaqe olan bu tələbin cəmiyyəti-xeyriyyə tərəfindən əmələ gətirilməsinə barmaq arasından baxmıyacağız!Əcəba, təbiblər və tibbiyyələrimiz arasında yoxmudur öylə fədakar adamlar ki, Kars və Ərdahan tərəflərindən gələn istimdadi eşitsinlər?Güman ediyoruz ki, əgər cəmiyyəti-xeyriyyə bu işə daha ziyadə ciddiyyətlə yapışıb da bu xüsusda doktorlarımıza müraciət edər və kəndilərini maddətən təmin elərsə, şübhəsiz ki, həvəskarlar tapılar. Bu xüsusi nəzər-diqqətə alaraq cəmiyyəti-xeyriyyə təklif edərdik ki, bundan sonra fəlakətzədə yerlərə göndərəcəgi köməkçiləri intixab edərkən tibbiyyəli tələbələri başqalarına tərcih etməklə bərabər, nümayəndələrimizin də haman mümkün dərəcə doktordan intixab olunmasını təmin eləsin.Hər halda yubanmaq olmaz. Çünki doktor və feldşersiz keçən hər gün yüzlərcə müsəlman canı bahasına oturuyor və bir çox köylər və qəsəbələr yatalaq kibi müdhiş xəstəliklərə tutuluyorlar.Tibbi müavinəti olduqca artırmalı və bu xüsusə başqa xüsuslardan daha ziyadə əhəmiyyət verməlidir. Bu yolda sərf edəcəgimiz hökumət dəvairi məxsusinin iştirakını təmin etmək cəhəti dəxi mümkündür. Hətta keçəndə doktor Xosrov bəy Sultanov teleqrafa tibbiyyəli tələbə ilə bir-iki doktor istərkən bu xüsusda təhric eləmiş və demişdi ki, təbiblərin də, tibbiyələrin də maaşı dava zamanında xidmətdə bulunan təbib və tibbiyəlilərə məxsus üsul və qaidə üzrə haman hökumət təxsisindən veriləcəkdir.Cəmiyyəti-xeyriyyə ərbabi, əlbəttə, bilərlər ki, onların vəzifəsi yalnız müsəlman xəlqindən para toplamaq və fəlakət yerlərinə ancaq un və dügü alıb göndərməkdən ibarət degildir. Müsəlmanlardan ianə yığmaqla bərabər, hökuməti-təxsisatlardan və ümumi ianə mərkəzlərindən dəxi müsəlmanların hissəsinə düşəni təhsil etmək, cəmiyyətin birinci borcundan olub zavallı fəlakətzədələri can alıcı xəstəliklərdən qorumağa çalışması da öhdəsinə düşən mühüm vəzifələrdəndir.Kars müxbirimiz Əhməd cövdət əfəndi ora müsəlmanları əxlaqının saflığını təsvir etdikdən sonra məktublarından birində millətin saf bir özəgini təşkil edən bu xəlqin hər fərdinin sağlam qalmağına çalışmaq hər bir qeyrətli müsəlmanın borcudur – diyordu.İştə, bu böyük vəzifəni bu gün Bakı cəmiyyəti-xeyriyyəsi dəröhdə etmişdir. Dəröhdə elədigi vəzifəsində nəuzibillah təkamül göstərirsə, böyük bir vicdan məsuliyyəti altına girmiş deməkdir ki, bu məsuliyyətə qarşı günahkar çıxmamaq üçün Xosrov bəy Sultanov ilə Səfikürdski cənablarının tibbi müavinət istəyən teleqraflarına bir an əvvəl surət verməlidir.M.Ə.Rəsulzadə“Yeni İqbal”, 11 may 1915, № 12(Ardı var)Şirməmməd HüseynovBu yazı ( 489 ) - dəfə oxunmuşdur