12px14px16px18px

Türkün yarasını sən sara bilməzsən...

Səyyad AĞBABALI
02:02 / 26.10.2011
Bu günlər qardaş Türkiyə böyük bir faciə yaşayır. Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ yüzlərlə insanın həyatına son qoydu. Yaralıların sayı isə mindən çoxdur. Hadisədən dərhal sonra Azərbaycan prezidenti cənab İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğanı arayaraq başsağlığı verdi, türk xalqının acılarını bölüşdüyünü bəyan etdi. Oktyabrın 24-nə keçən gecə isə prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gərəkli ləvazimatlar və texniki vasitələrlə fəlakət bölgəsinə çatdılar. İndi Azərbaycan xilasediciləri əllərindən gələni edir və faciənin nəticələrini aradan qaldırmaqda maksimum səy göstərirlər. Türkiyə rəhbərliyi və ictimaiyyəti Azərbaycan prezidentinin bu addımını bir qardaş köməyi kimi çox yüksək dəyərləndirir. Türkiyə mediası isə belə manşetlər atır. “Türkiyəyə ilk yardım Azərbaycandan gəldi”, “Azərilər türk qardaşlarını yalnız buraxmadılar”, “Azərbaycan Türkiyənin yanındadır” və sair. Azərbaycanın atdığı bu addımdan doğal nə ola bilərdi ki? Çünki bizim acımız da, ağrımız da, sevincimiz də, kədərimiz də birdir.
Mənimçün təəccüblü olmadı ki, Ermənistan prezidenti Sərkisyan Türkiyə prezidentinə zəng vuraraq başsağlığı verdi və erməni xilasedicilərin köməyə hazır olduqlarını bildirdi. Ama nədənsə bunu Rusiya prezidentinin yanında olarkən etdi. Özü də Medvedyevin telefonu vasitəsilə. Görünür, demək istədi ki, gör nə qədər yaxındırlar ki, ikisi bir telefondan belə istifadə edir. Bu, başqa məsələdir. Əsas məsələ odur ki, Sərkisyan Türkiyəyə köməyə tələsməkdə nə qədər səmimi idi. Axı bu adam AŞPA-nın tribunasından utanıb-qızarmadan deyib. “Mən fəxr edirəm ki, Şuşanın azad olunmasına (işğal olunmasını- S.A) şəxsən rəhbərlik etmişəm”. Yəni bu adam beynəlxalq səviyyədə etiraf edib ki, Şuşada öldürülən yüzlərlə mülki şəxsin – qocanın, körpənin, qadının qatilidir, türkün qatilidir. Bir türk qatili, bir türkün qanına susamış cani başqa bir türkü xilas etmək üçün çalışa bilərmi?! Bu adam başından bəri Dağlıq Qarabağın əzəli və əbədi sahiblərinin öz doğma yurdlarından qovulmasında, onlara divan tutulmasında, ən ağılagəlməz işgəncələr verilməsində, əzəli və əbədi torpaqlarımızın türksüzləşdirilməsində bilavasitə iştirak edib. İndi onun canı faciə qurbanlarına necə yanar? Əsla! Düşünürəm ki, Sərkisyan başqa bir məqsədi hədəf seçib. Zəlzələdən istifadə edərək bir neçə erməni xilasedicisini, mümkün olsa, faciə bölgəsinə göndərməklə heç olmasa bircə nəfəri uçqunlar altından salamat çıxarmağa nail olmaq. Bundan sonra bütün dünyaya car çəkmək: “Görün ermənilər necə millətdir. Türklər bir milyondan çox ermənini qətlə yetirib, ancaq ermənilər onları xilas edir. Görün ermənilər necə xoşməramlı, necə ürəyiyanan insanlardır ki, hətta düşmənini də darda qoymur”. Əslində isə Sərkisyanın babaları elə Türkiyənin özündə yüz minlərlə türkü qətlə yetirib. Toplu məzarlıqlar bu gün də həmin hadisələrin şahididir. Sərkisyanın babaları təkcə 1918-ci ildə Bakıda, Şamaxıda, Gəncədə, Qubada və digər bölgələrimizdə yüz mindən çox Azərbaycan türkünün qanını içib. 1988-ci ildən başlayaraq isə ermənilər havadarların köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə tarixə həm də Xocalı soyqırımının müəllifləri kimi düşüblər. Bu adamların sülhməramlı olmalarını, xoş niyyətlərinə inanmaq çox sadəlövhlük olardı.
Sərkisyan hansı üzlə erməni xilasedicilərini Türkiyəyə göndərəcəkdi ki, onun müəllimi Zori Balayan 1996-ci ildə dərc etdirdiyi “Ruhumuzun canlanması” kitabında yazır. “13 yaşındakı türk uşağını başından, sinəsindən və qarnının dərisindən soydum. Saata baxdım. Türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. İlk sənətimin həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlandı. Xaçatür sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və o türklə eyni kökdən olan itlərə atdı”. Kim bilir, bəlkə də ermənilər faciə bölgəsinə getsəydilər onların arasında Balayanın nəvəsi də olardı, ya hansısa bir qohumu – faciəni seyr etmək üçün, ondan ləzzət almaq üçün. Çünki tarixən ermənilər türkün qanına susamışlar. Yüz il bundan əvvəl də belə olub. Siz Sədi Koçaşın “Tarixdə ermənilər və erməni məsələsi” adlı kitabını oxumusunuzmu? Orada Daşnaksütyun partiyası tətikçilərinin qətlə yetirdikləri 76 türk diplomatının adı, soyadı və qısa tərcümeyi-halı çap olunub. Kitabda həm də Bitlisdən olan bir erməni daşnakın – Petros Naqatonyanın atasına yazdığı məktub da yer alıb. Məzmunu belədir: “Sevimli atam, bu son məktubumdur. Zira, mən də artıq vətəni vəzifəmi yerinə yetirmək və türkün başını əzmək üçün erməni könüllülərinə köməyə gedirəm”. Budur, erməni xisləti! Erməni xisləti 4 il bundan əvvəl İstanbulda nəşr olunan “Aqost” qəzetinin baş redaktoru Hrant Dinkin xislətidir. O, deyirdi: Mən Türkiyədə yaşasam da, erməniyəm. Türk qanı yaxşı qan deyil. Bəlkə, Sərkisyan erməni xilasedici könüllülərini gözü ilə türk qanının necə axmasını seyr etmək istəyirmiş? Bu qəbildən nə qədər fikir desəm yazmaq və demək olar. Hamısı da Sərkisyana yaraşar.
Bu barədə düşünürdüm ki, 1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələni xatırladım. Ermənilər artıq Ermənistanı təxminən türksüzləşdirmişdilər. Alınan canların sayı-hesabı yox idi. Quqarqda körpə uşaqlar dəmir borunun içinə doldurularaq öldürülmüşdü. Çox dəhşətli hadisələr baş vermişdi. Amma nə yazıq ki, zəlzələ baş verən kimi Ermənistana köməyə tələsən birinci respublika Azərbaycan oldu. Xilasediciləri aparan təyyarə isə ermənilər tərəfindən vuruldu. 75 nəfər faciəli şəkildə həlak oldu. Onlar Azərbaycanın o vaxtkı rəhbərliyinin təşəbbüsü ilə göndərilən köməyə elə cavab verdilər – əsl erməni kimi. Bir məqamı isə heç vaxt unutmuram. Zəlzələ bölgəsinə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov getmişdi. O, bir qrup erməni ilə görüşürdü. Qəfil qoca bir qadın ona yaxınlaşıb əllərindən tutdu, boynuna sarılıb üzündən öpdü və belə bir sual verdi: bala can, bizim bu Qarabağ məsələmiz nə vaxt həll olunacaq?

Səyyad AĞBABALI
“Arena” qəzetinin baş redaktoru




Bu yazı ( 356 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar