![]()
Arxiv
Rusiyada müsəlman erməni öldürüldü
[10.11.2011]
Ordumuzun əsgəri yaralanıb
[10.11.2011]
7-ci sinif şagirdi özünü öldürdü
[10.11.2011]
“Qarabağ münaqişəsinin hərbi yolla həlli yolverilməzdir”

ATƏT DAİMİ ŞURASINDA QARABAĞ PROBLEMİ MÜZAKİRƏ OLUNDU
[5.11.2011] ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratdke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik illik fəaliyyət üzrə məruzələrini dünən ATƏT-in Daimi Şurasına təqdim ediblər. APA-nın verdiyi xəbərə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini ümumiləşdirən həmsədrlər qeyd ediblər ki, ötən il regiona səkkiz dəfə səfər edib, Azərbaycan prezidenti İlham Əliyev
Aqşin Mehdiyev: “Ermənistan rəhbərliyi dərk etməlidir ki...

...DEMOKRATİYA QILINCLA İNKİŞAF ETDİRİLƏ BİLMƏZ VƏ QANUNSUZ HƏRƏKƏTLƏRLƏ QANUNİ HÜQUQLARA NAİL OLMAQ OLMAZ”
[5.11.2011] Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Ermənistan rəsmilərinin davranışı və qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı BMT baş katibinə və Təhlükəsizlik Şurasına 14 səhifəlik məktub göndərib. Bu barədə APA-nın müxbirinə BMT Mətbuat Mərkəzindən məlumat veriblər.
Səfir son aylar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki şəxslərinə və obyektlərinə qarşı hücumları intensivləşdirməsi ilə başlı narahatlığını bildirib. Sentyabr ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun üç əsgəri yaralanıb.
Azərbaycanın rus və yəhudi icmaları Medvedyevə müraciət ediblər

“SİZDƏN XAHİŞ EDİRİK Kİ, CANLI EFİRDƏ AZƏRBAYCAN XALQININ ÜNVANINA TƏHQİRLƏRƏ YOL VERƏN “JURNALİST” HAQQINDA TƏDBİR GÖRƏSİNİZ”
[5.11.2011] Azərbaycanın rus və yəhudi icmaları Rusiyanın “Vesti FM” radiosunun efirində Azərbaycanın ünvanına səslənən təhqirlərlə bağlı Rusiya prezidenti Dmitri Medvedev və Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) baş direktoru Oleq Dobrodeyevə məktub göndərib. APA-nın xəbərinə görə, Milli Məclisin üzvləri Mixail Zabelin (rus icması adından) və Yevda Abramov (yəhudi icması adından) tərəfindən imzalanan məktubda deyilir: “Noyabrın 1-də “Vesti FM” radiostansiyasının “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” proqramında Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına açıq təhqirlər səslənib. V. Solovyov jurnalist
Bahar Muradova: “2013-cü il seçkilərində iştirak məsələsi İlham Əliyevin öz hüququdur”

VİTSE-SPİKER İCTİMAİ PALATANIN MÜRACİƏTİNƏ CAVAB VERDİ
[5.11.2011] “Hazırkı dövlət başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak məsələsi öz hüququdur”. Bunu “525”-ə açıqlamasında vitse-spiker Bahar Muradova İctimai Palatanın Prezident İlham Əliyevə 2013-cü ilin seçkilərində növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciətinə münasibət bildirərkən deyib.“O, bu hüquqdan yararlanacaq, istifadə edəcək, etməyəcək, buna özü qərar verə bilər”. B.Muradova qeyd edib ki, İ.Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürməsi hüququ qanunla təsbit olunub. “Ona görə bu hüquqdan bu qruplar, Azərbaycan
Beynəlxalq Mətbuat İnstitutunun Bakıda keçirilən I toplantısı başa çatıb
TOPLANTIDA BAKI BƏYANNAMƏSİ QƏBUL EDİLİB
[5.11.2011]
Əvəz Zeynallıya qarşı əlavə ittiham irəli sürülüb
VƏKİL: “DAHA ÜÇ NƏFƏR ONA RÜŞVƏT VERMƏSİ İLƏ BAĞLI İSTİNTAQ ORQANINA ŞİKAYƏT EDİB”
[5.11.2011]
Azərbaycan məktəblərində şahmatın ayrıca fənn kimi tədrisi üçün xarici təcrübə öyrənilib
[5.11.2011] Bugünlərdə təhsil naziri Misir Mərdanov Azərbaycanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması barədə əmr verib. Əmrdə şahmat dərslərinin təşkil olunması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə tapşırıqlar verilib. Əmrdə göstərilir ki, şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır.










