12px14px16px18px

Səni axtarıram

Elnura CAVADZADƏ

DÜNYADAN KÖÇƏN BÜTÜN VALIDEYNLƏRIN RUHUNA XITABƏN

03:57 / 13.08.2011
Gəlmişəm ruhunla danışmaq üçün, gəlmişəm qədərlə barışmaq üçün. Gəlmişəm yoxluğa alışmaq üçün, alışa bilmirəm, bilmirəm, ata. Bu misraların müəllifi də yəqin bağışlayar məni. Bunu harada, nə vaxt oxuduğumu bilmirəm. Yəqin mənə haçansa lazım olacağını düşünməyib, müəllifin adını yadımda saxlamamışam. Məzarın önündə oturub, düşünürəm ki, cəmi bir aydır görüşmürük biz. İlə bərabər ay! Nə səsini eşidir, nə üzünü görür, nə də “bu gün getməsəm, atam inciyəcək” deyib sizə tələsirəm. Amma məzarın üstünə elə tələsirəm ki! Ürəyimi boşaltmaq üçün. Sənə nə vaxtsa deyə bilmədiklərimi də söyləmək üçün. Yadındadırmı, bu sözləri anama yazmışdım? “ İndi ayaqlaşa bilmədiyim yeniliklər, avropasayağı qurulan münasibətlər, riyakarlıq burulğanı , “istedadlar” qabağında kiçildilirkən özüm-özümə yazığım gəlir, ANA! Sən də oxuyub kövrəlmişdin. İndi də özümə yazığım gəlir, ata. Yas mərasimində yüzlərlə qohumun, yadın içində mən özümü elə tənha, kimsəsiz hesab etdim ki. Səni axtarıram! Günəşin od ələyib yandırdığı geniş səhralarda dodaq su gəzən kimi, kövrək budaqların daldalanmaq üçün axtardığı kölgə kimi, ətəkdə olan qaya parçasının söykənmək istədiyi dağ kimi, ən başlıcası arxa kimi, böyük dayaq kimi. Sevincimə ürəkdən sevinib, kədərimə doğrudan yanacaq, ağrı-acılarımı canında, qanında hiss edəcək doğmam kimi, mənə doğru-düzgün yol göstərəcək mayak kimi, gözümə işıq verəcək, qəlbimi fərəhlə dolduracaq nur kimi, işıq kimi. 30 illik ömrümdə bir dəfə də olsun verdiyi sözü yerdə qoymayan atamı ilk dəfə əhdinə xilaf çıxan gördüm. Axı, sən anamı itirdiyimiz gün mənə söz vermişdin ki, hər zaman yanımda olacaqsan. Bəs, niyə xəbərsiz çıxıb getdin. Özü də qəfil! Bəlkə sənin yanında tez-tez “kaş anam qəfil öləydi, onun əzablarını görməyəydim” dediyimə görəmi?! Deyirlər, xoşbəxt var-dövləti olanlar deyil, sərvətə ehtiyacı olmayanlardır. Sən bu anlamda xoşbəxt idin. İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin xatirinəsə yaşamaqdadır. Sən bizim – övladlarının xatirinə yaşadın. Bu baxımdan Sirli, Sehirli idin. Nəcib, mərd olmaq on minlərin içərisindən seçilmək deməkdir. Bunun üçün başımızın tacı, qürur mənbəyimiz idin. İnsanın gərək hər şeyi gözəl olsun deyirdin, ata! Mən özü də, paltarı da, qəlbi də ,fikirləri də gözəl olan atam üçün nə saç yolub verdim əsən küləyə, nədəki şivən etdim. Mən məğrur atamı məğrurcasına son mənzilə yola saldım. Çünki həqiqi kədər və çıxılmaz vəziyyət səs-küylü, gurultulu olmur. İldırım birinci zirvəni vurar,elə atalar da zirvə kimidir. Mənsə ətəkdə bu itkinin dəhşət və vəhşətindən dondum. Can verən sən oldun, canı çıxan mən! Ölümün sıxıntısı, acısıyla boğulmaqdayam. Bütün vücudumda izaholunmaz bir ağrı hiss edirəm. Ağlayıram ,qüssənin gücünü yüngülləşdirmək üçün! Hamı sənə yaxşı tərbiyəçi deyirdi. Amma iztirab səndən də yaxşı tərbiyəçi imiş, ata.
58 illik ömür yolunda daşıdığın məsuliyyət yükü, övlad yükü, qardaş yükü, ata yükünün içərisində ən ağırı zəhmət yükü idi. Çəkdiyin o yükü bizə halal et, ata! Mənə dedilər ki, “ürək apardı onu”. Daha demədilər ürək dözə bilmədi, ürək qoyub, getdi onu. Zəlimxan demişkən ,çünki “Sən ürəyi, ürək kimi saxlamadın, sən ürəyi çiçək kimi saxlamadın, hey əritdin, hey çürütdün, hey qan
Elnura CAVADZADƏ



Bu yazı ( 476 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar