![]()
Arxiv
Azərbaycan G-20 toplantısına dəvət olunub

XARİCİ İŞLƏR NAZİRLİYİNİN RƏSMİSİ ELMAN ABDULLAYEV: “AZƏRBAYCAN REGİONAL LİDERDƏN QLOBAL OYUNÇUYA ÇEVRİLİR”
[17.02.2012] Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələri xarici işlər nazirlərinin fevralın 18-20-də Meksikada keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, dəvət bu il G-20-yə sədrlik edən Meksikadan gəlib.
E. Abdullayev APA-ya müsahibəsində deyib ki, Azərbaycanın G-20 toplantısına dəvət olunması ölkənin beynəlxalq arenadakı növbəti uğurudur.
Bahar Muradova: “İran Azərbaycanla münasibətlərə xələl gətirə biləcək bəzi hərəkətlərə yol verir”
[17.02.2012] “İran tərəfindən Azərbaycanla münasibətlərə xələl gətirə biləcək bəzi hərəkətlərə yol verilir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, bu hərəkətlərə yol verənlər İranın bir sıra din xadimləri və bəzi dairələridir. B. Muradova bu münasibətin hətta rəsmi formada göstərildiyini də söyləyib: “Azərbaycanın qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq
Moskvada Qəbələ RLS-lə bağlı danışıqlar keçirildi
[17.02.2012] Fevralın 15-də Moskvada Rusiyanın Müdafiə Nazirliyində Qəbələ radiolokasiya stansiyasının (RLS) statusu ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. APA-nın Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti idarəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın müdafiə naziri Anatoli Serdyukov tərəfindən qəbul edilib. Danışıqlarda Qəbələ RLS-in (“Dəryal” RLS) statusu, istifadə şərtləri və prinsiplərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparılıb.
Səməd Seyidov: “Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurasının gündəliyindən çıxarılıb”
“BAŞQA ÖLKƏLƏRDƏ İNSAN HAQLARININ POZULMASINI GÖRMƏYİB, BUNU AZƏRBAYCANDA AXTARANLARA İMKAN YARATMAYACAĞIQ”
[17.02.2012]
Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb
[17.02.2012] Dünən Bakı Dövlət Universitetində (BDU) Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalının açılış mərasimi keçirilib.
Oxu zalı MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə “Dostluğun günbəzləri: kitabxanalar” meqa layihəsi çərçivəsində həyata keçirilən “MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanalarının Virtual Oxu Zalları” layihəsi çərçivəsində təşkil olunub. Virtual Oxu Zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron
Azərbaycanda elektron ticarət necə inkişaf edib?
[17.02.2012]










