![]()
Arxiv
Vətənə şərəf gətirən pedaqoq
[14.09.2011]
Azərbaycanda internet radioları: “bum”un ilk siqnalları eşidilir
[14.09.2011] Azərbaycanda medianın yeni sahəsi – internet televiziya və internet radiolar yaranmaqdadır. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 internet televiziya və radio fəaliyyət göstərir. İnternet televiziya və radioların fəaliyyətə başlaması üçün heç bir maneə olmadığından yaxın illərdə bu sahədə Azərbaycanda 1998-ci ildə yaşanan “qəzet bumu”nun təkrar olunacağı istisna edilmir. Bəs, görəsən, hazırkı internet radioların durumu nə yerdədir? Reytinqləri necədir? İnternet radiolarla FM radioları arasında hansı fərqlər var?
Mətbuatımızın aktual problemləri: janr qarışıqlığı,yersiz təqdimat və yaradıcılığa qeyri-peşəkar münasibət
İQTİSADİ-SOSİAL ƏNGƏLLƏRİN HƏDSİZ QABARDILDIĞI İNDİKİ DÖVRDƏ YAZILI MEDİANIN YARADICILIQ VƏ PEŞƏKARLIQ PROBLEMLƏRİ ÇOX ZAMAN ARXA PLANDA QALIR
[14.09.2011]
Ərdəbildə Urmiya gölünə görə toqquşmalar baş verdi

YARALANAN VƏ HƏBS OLUNANLAR VAR. İRAN HAKİMİYYƏTİ ŞƏHƏRDƏ HƏRBİ NƏZARƏTİ GÜCLƏNDİRİR
[14.09.2011] Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq cənublu soydaşlarımızla yanaşı, xaricdə yaşayan həmvətənlilərimiz də müntəzəm olaraq aksiyalar keçirirlər. Belə aksiyalardan birinin də sentyabrın 12-də Güney Azərbaycanın Ərdəbil şəhərində də keçirilməsi nəzərdə tutulmuşdu. Bundan xəbərdar olan fars rejimi aksiyanın qarşısını almaq üçün əlindən olan bütün imkanlardan istifadə edib.
Prezident rayonlara səfər etdi
[14.09.2011] Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə rayon mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.Prezidentə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait var.
BMT Baş Assambleyasının 66-cı sessiyası başladı

SESSİYANIN GÜNDƏLİYİNƏ AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİNDƏ VƏZİYYƏTƏ DAİR MƏSƏLƏ DƏ VAR
[14.09.2011] Dünən Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası başa çatıb. APA-nın məlumatına görə, Baş Assambleyanın sədri, İsveçrənin sabiq prezidenti Yozef Days ötən sessiya dövrünün əsas hadisələri sırasında Haitidə böhranın həllinə həsr olunmuş plenar iclası, Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş sammiti, Liviyanın BMT İnsan Haqları Şurasından çıxarılmasını, Cənubi Sudanın yeni dövlət kimi BMT-yə üzv qəbul olunmasını qeyd edib.
Ərdoğan: “Azadlıq donanması”na hücum müharibəyə səbəb ola bilərdi”
[14.09.2011] İsrail hərbçilərinin “Azadlıq donanması”na hücumu müharibə ilə nəticələnə bilərdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.
“Bu hərəkətə görə müharibə elan etmək olardı, lakin biz Türkiyənin böyüklüyünü unutmayaraq səbir nümayiş etdirdik”, deyə baş nazir bildirib.
“Təəssüf ki, tərəflər Soçi sazişini hələ də icra etməyiblər”
ATƏT NÜMAYƏNDƏSİ: “AZƏRBAYCAN VƏ ERMƏNİSTAN QOŞUNLARININ TƏMAS XƏTTİNDƏKİ VƏZİYYƏT BÖYÜK NARAHATLIQ DOĞURUR”
[14.09.2011]
Bakıda avtomobil təmiri sexində güclü partlayış olub
ÖLƏN VƏ YARALANAN VAR
[14.09.2011]
Əsgərimiz çayda boğulub
[14.09.2011]
İsraildən Türkiyəyə bütün çarter reysləri dayandı
[14.09.2011]
Azərbaycan polisinin geyimi dəyişdirilir
[14.09.2011]










