![]()
Arxiv
Elnur Aslanov: “Ermənistan münaqişənin dondurulmuş şəkildə qalmasına nail olmaq istəyir”
“BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİ DÜNYA SİYASƏTİNDƏ İKİLİ STANDARTLARIN MÖVCUDLUĞUNU GÖSTƏRİR”
[15.10.2011]
BSU-da kitab təqdimatı
[15.10.2011]
“Azərbaycanda gördüyüm inkişafdan qürurla danışacağam”
HİDAYƏT ORUCOV: “AZƏRBAYCANLA TÜRKİYƏ ƏKİZ QARDAŞDIR”
[15.10.2011]
“Avropa üçün strateji əhəmiyyətə malik bu regionla hələ sovet dövründə yaxından maraqlanmışıq”

SƏFİR ARJEN PETR UİJİTERLİNDE: “AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİMİZİNTARİXİ BİR NEÇƏ ƏSR ƏVVƏLLƏRƏ GEDİB ÇIXIR”
[15.10.2011]–Cənab səfir, diplomat kimi Azərbaycana təyinat almağınızı necə qarşıladınız?– Azərbaycana səfir təyin olunmağımı öyrənəndə xanımımla mən çox məmnun qaldıq. Təkcə ona görə yox ki, bu mənim ilk səfir təyinatım idi. Həm də ona görə ki, hər ikimiz Avropa üçün strateji əhəmiyyət kəsb edən bu regionla hələ sovet dövründə yaxından maraqlanmış, Qafqaz respublikalarında siyasi prosesləri, iqtisadiyyatı öyrənmişik. İndiyədək müxtəlif hadisələrlə əlaqədar olaraq Gürcüstana səfərlər etmişəm, Azərbaycana isə ilk dəfə məhz səfir kimi gəldim.
Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” seçilib
[15.10.2011] Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib. Bu barədə qərar Şimali Kipr Respublikasının paytaxtı Lefkoşada keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransında qəbul olunub. Adıçəkilən ödül ötən il təsis edilib. Bu mötəbər mükafata Anarın namizədliyini Türkiyə tərəfi irəli sürüb. Qaydalara əsasən, konfransda iştirak edən ölkə öz təmsilçisinin namizədliyini irəli sürə bilməz.
Ödül TDƏDK-nin gələn il Astanada keçiriləcək beşinci konfransında sahibinə təqdim olunacaq.
Azərbaycanda “Eurovision-2012”müsabiqəsinin milli seçimləri başlayır
SƏNƏDLƏR OKTYABRIN 15-dən 25-dək QƏBUL EDİLƏCƏK
[15.10.2011]
Azərbaycan Hindistanla birgə kino çəkə bilər
[15.10.2011]
Azərbaycan 2020-dək ərzaq təhlükəsizliyini tam təmin edə bilər
[15.10.2011] 2015-ci ildə dünyada yoxsul insanların sayı 900 milyona çatacaq. BMT-nin Kənd təsərrüfatı və Ərzaq Təşkilatı belə bir açıqlama ilə həyəcan siqnalı çalıb. Təkcə Hindistanda yoxsul insanların sayı 300 milyon olacaq. Planetdə əhalinin sürətli artımı ərzağa olan tələbatı daha da artıracaq. Məlumata əsasən, dünyada iqlim dəyişikliyi gəlirləri aşağı olan milyonlarla insanın vəziyyətini daha da ağırlaşdıracaq. Temperaturun dəyişməsi artıq inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Afrikanın cənubunda yerləşən ölkələrdə məhsuldarlığın azalmasına səbəb olub. Bu isə iqtisadi itkilərə və ərzaq təhlükəsizliyinə ciddi təsir edir. Beynəlxalq cəmiyyət










