![]()
Arxiv
“Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin fəaliyyəti əhəmiyyətli nəticələr verir”

İNTİQAM QASIMZADƏ: “DÖRD İLLİK TƏCRÜBƏ GÖSTƏRİR Kİ, KONQRESİN YARADILMASIVƏ ARDICIL KEÇİRİLMƏSİ FAYDALI İDEYADIR”
[22.10.2011] 12-14 oktyabrda Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransı gerçəkləşib. Ölkəmizi sözügedən konqresdə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və mən təmsil etmişik. TÜRKSOY, TİKA, Avrasiya Yazarlar Birliyi və Şimali Kipr Yaxın Doğu Universitetinin təşkil etdiyi konfrans artıq dördüncü dəfədir ki, keçirilir. Biz də hər il sözügedən konfransda ölkəmizi təmsil etmişik. Krımın görkəmli yazarı, krımlıların ədəbiyyatı, mədəniyyəti və mənəviyyatında əvəzsiz xidmətləri olan Çingiz Dağçı konqres ərəfəsində Londonda vəfat etdiyindən tədbir onun xatirəsinə həsr
“Allahı, yoxsa Əzrayılı qatil edənlər?”
[22.10.2011]
Türkiyədə azərbaycanlı müğənnini maşın vurub
[22.10.2011]
BAŞIN SAĞ OLSUN, TÜRKİYƏ!!!
[22.10.2011]
Tofiq Qarayev: “Dünyaya gəlməkdə düz eləmədim,

AMMA ÖZ ƏLİMDƏ DEYİLDİ...”
[22.10.2011]Respublikanın əməkdar artisti Tofiq Qarayev “facebook”dakı “Ağdamdan Qarabağa” qrup üzvlərinin suallarına cavab verir.Mən onu səhnədə heç vaxt görməmişəm... Düzü, bir neçə dəfə rastlaşmışıq, amma heç vaxt onu yaddaşıma yazmağa zərurət görməmişdim. Bu dəfə yazdım! Həm də elə bir formada yazdım ki..., yəqin, bu yazı məni uzun müddət ağrıdacaq.
“İnsanda hər şeydən əvvəl önəm verdiyim cəhət vətənpərvərlikdir”
[22.10.2011] Pərvin: Salam, Teymur müəllim!Teymur Kərimli: Salam, Pərvin xanım. Xoş gəlmisiniz!Pərvin: Təşəkkür edirəm! Teymur müəllim, əksər alimlər məhdud elmi dairələrdə tanınırlar. Amma sizi geniş tamaşaçı kütləsi televiziyadan “Məclisi–üns” və başqa verilişlər vasitəsi ilə tanıyıb. Alimə populyarlıq lazımdırmı?
“Dostlarımın mənim barəmdə yazdıqları ilə qürur duyuram”
[22.10.2011] Məlum olduğu kimi görkəmli yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanı ədəbi mühitdə geniş əks-səda doğurub. Bu müzakirələr və mübahisələr əsasən iki müstəvidə gedir: romandaxili və romanətrafı . Yəni, əgər belə demək olarsa, bəzi qələm sahibləri əsərin özünü, bəzi “qələm sahibləri” isə əsərin müəllifini təhlil və təftiş edir. Bu və digər məqamlara aydınlıq gətirilməsi üçün əməkdaşımız Kamal Abdullayla görüşərək müsahibə alıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
Qəddafi öldürüldü

LİVİYANIN DEVRİLMİŞ LİDERİ ƏLƏ KEÇİRİLƏN ZAMAN MƏHV EDİLDİ
[21.10.2011] Dünən Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ələ keçirilən zaman öldürülüb. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Liviya Milli Keçid Hökumətinin nümayəndələri onun tutulan zaman aldığı yaralardan öldüyünü bildiriblər. “Əl-Cəzirə” kanalının mənbələri də Qəddafinin Sirt şəhəri uğrunda döyüşlər zamanı öldürüldüyünü təsdiqləyiblər. Keçid hökumətinin zabitlərindən biri hər iki ayağından yaralanan polkovnikin yeraltı bunkerdə tapıldığını vurğulayıb. Digər versiyaya görə
Hadi Rəcəbli: “Gələcəkdə səhiyyə, sağlamlıqla bağlı bütün qanunlar Səhiyyə Məcəlləsində cəmləşməlidir”
[21.10.2011] Sağlamlığın qorunması haqqında” mövcud qanunun təkmilləşdirilməsi istiqamətində müzakirələr gedir”. Bu barədə mətbuata açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Komitə sədrinin qeyd etdiyinə görə, gələcəkdə səhiyyə, sağlamlıqla bağlı bütün qanunlar Səhiyyə Məcəlləsində cəmləşməlidir. H. Rəcəbli bildirib ki, bu Məcəlləni formalaşdırmağın vaxtı artıq yetişib. Komitə sədri eyni zamanda, sağlamlığın qorunması ilə bağlı qanuna biz neçə əlavə, dəyişikliklər edildiyini bildirib. “Buna baxmayaraq “Sağlamlığın qorunması haqqında” qanuna yenidən baxmaq lazımdır. Bunun bir necə səbəbi var. Təsəvvür
“ABŞ-ın Ermənistana olan ehtiyacı rəsmi Yerevanı yoldan çıxarıb”

MÜBARİZ ƏHMƏDOĞLU: “ERMƏNİSTAN DANIŞIQLARIN DAVAM ETDİRİLMƏSİ ÜÇÜN AZƏRBAYCANIN KAZAN GÖRÜŞÜ ZAMANI İRƏLİ SÜRDÜYÜ 10 TƏKLİFİ GERİ GÖTÜRMƏSİNİ TƏLƏB EDİR”
[21.10.2011] Dünən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Dağlıq Qarabağ saatı” layihəsi çərçivəsində növbəti mətbuat konfransı keçirərək, münaqişə ətrafındakı son vəziyyəti təhlil edib. O, Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin passivliyi fonunda Fransa və ABŞ tərəfindən təşəbbüslərin sayının artdığını bildirib. Qeyd edib ki, son zamanlar münaqişə barədə fikir bildirənlər “status-kvo dəyişilməlidir” tezisini daha tez-tez










