![]()
Arxiv
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi

İLHAM ƏLİYEV: “NÖVBƏTİ 10 İLDƏ AZƏRBAYCANDA ÜMUMİ DAXİLİ MƏHSUL ƏN AZI 2 DƏFƏ ARTMALIDIR”
[25.10.2011] Oktyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. “APA-ECONOMICS”in AzTV-yə istinadən verdiyi məlumata görə, prezident İ.Əliyev 2011-ci ilin ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olduğunu, ölkə qarşısında duran əsas sosial-iqtisadi məsələlərin həllini tapdığını bildirib.
Bahar Muradova: “Qarabağ müzakirələri digər beynəlxalq təşkilatlarda da keçirilməlidir”

“NİYƏ HƏMSƏDRLƏR AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA DA MƏLUMAT VERMƏSİNLƏR?”
[25.10.2011] “ATƏT Parlament Assasmbleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələr müsbət dəyərləndirilməlidir”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova YAP-ın saytına müsahibəsində deyib. O bildirib ki, bu cür müzakirələr digər beynəlxalq təşkilatlarda da keçirilməlidir: “Niyə Avropa Şurası Parlament Assambleyasında həmsədrlər məlumat verməsinlər?
Bakıda Türkdilli ölkələrin və toplumların II Media Forumu keçiriləcək

ƏFLATUN AMAŞOV: “QLOBAL İNFORMASİYA MƏKANINA İNTEQRASİYA PROSESLƏRİNDƏ TÜRKDİLLİ MEDİA AMİLİNƏ DİQQƏT YETİRMƏYİ ZƏRURİ SAYIRIQ”
[25.10.2011] “Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kompakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk
“Bir ali məktəbdən digərinə tələbə köçürülməsi dayandırılıb”
[25.10.2011] “Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə, eləcə də Azərbaycanda təhsil alan tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin qarşısı alınıb. Bu iş Təhsil Nazirliyi tərəfindən ciddi nəzarətdədir və tam olaraq dayandırılıb”. Bunu “525”ə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bununla belə, bəzi istisnaların olduğunu da bildirib: “Məsələn yaşayış yerinin dəyişilməsi ilə əlaqədar tələbənin köçürülməsi baş verə bilər. Ola bilər ailəsi ilə Rusiyada yaşayıb, orada ali məktəbə qəbul olub, sonradan Azərbaycana köçüblər. Elə tələbə də olur ki, ailə qurub, övladı dünyaya gəlib, bununla bağlı qiyabi təhsilə keçmək istəyir. Belə
Bu həftə qış vaxtına keçirik
[25.10.2011]
Hərbi təlim zamanı əsgər özünü güllələyib
[25.10.2011] Azərbaycanda hərbi təlim zamanı silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə Müşfiq qəsəbəsi ərazisində yerləşən Atəş Təlim Mərkəzində qeydə alınıb. Daxil Qoşunların əsgəri 19 yaşlı Elxan Şərifxan oğlu Əliyev təlim zamanı xidməti silahı ilə özünü vurub.
Daxili Qoşunların mətbuat xidmətinin rəisi Təranə Məmmədova APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə təhlükəsizlik qaydalarının











