![]()
Arxiv
Ağacsansa – Çinar ol!
[3.11.2011]
Böyükağa Hacıyev: “Xəzər Lənkəran” da unutmamalıdır ki, “Neftçi”yə qarşı oynayacaq”
[3.11.2011] “Turan”la oyuna qədər komandamız 4 ağır görüş keçirmişdi. Bu səbəbdən də komandada yorğunluq sezilirdi, ona görə də futbolçulara 2 günlük istirahət vermişdim. Artıq “Xəzər Lənkəran”la oyunun hazırlığına başlamışıq. Məşqlərimiz adi qaydada gedir. Bizim üçün bu fövqəladə oyun deyil, adi oyunlardan biridir. Rəqibi qiymətləndiririk, yaxşı komandadır. Amma “Xəzər Lənkəran” da unutmamalıdır ki, “Neftçi”yə qarşı oynayacaq. Hər şey oyundan sonra məlum olacaq.
“Turan”ın prezidenti: “Azərbaycanda futbola xərclənən pullar quyuya düşür”
“ÖLKƏMİZDƏ BİR LEGİONERİN XƏRCİNƏ İSPANİYADA 30 FUTBOLÇU YETİŞDİRMƏK OLAR”
[3.11.2011]
“Qarabağ” dünya reytinqində irəlilədi
[3.11.2011]
85 yaşa kiçik hədiyyə...
[3.11.2011]
Ermənistan ordusu atəşkəsi pozub
[2.11.2011]
Hillari Klinton: “Qocalmış münaqişələr tərəqqi və inkişafın qarşısını alır”

“ABŞ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANLA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN OLDUQCA VACİB ENERJİ SAZİŞİ İMZALAMASINI ALQIŞLAYIR”
[2.11.2011] “ABŞ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin olduqca vacib enerji sazişi imzalamasını alqışlayır”. Dövlət katibi Hillari Klinton Vaşinqtonda Türkiyə hökumətinin və türk diasporunun səlahiyyətli nümayəndələri qarşısındakı çıxışında belə deyib.
“Turan”ın məlumatına görə, Hillari Klinton deyib ki, Vaşinqton Türkiyəyə kömək etməyin yollarını axtarır: “Obama administrasiyası ənənəvi diplomatiya çərçivəsindən kənara çıxır və birbaşa özəl sektorla, vətəndaş cəmiyyəti və diasporla əlaqəli şəkildə fəaliyyət göstərir. Biz hesab edirik ki, bu tərəfdaşlıq innovasiyaların və başqa
İlham Əliyev: “Biz BMT Təhlükəsizlik Şurasında ədaləti müdafiə edəcəyik”

“BİZƏ İNANAN TƏRƏFDAŞLARIMIZIN, DOST OLAN ÖLKƏLƏRİN ÜMİDLƏRİNİ DƏ DOĞRULDACAĞIQ”
[2.11.2011] “Bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bir daha ölkəmizin qüdrətini göstərir. Bir daha Azərbaycan siyasətinin nə qədər düzgün olduğunu göstərir. Ölkə daxilində gedən proseslər, iqtisadiyyatla bağlı olan məsələlər statistik göstəricilərdə özünü əks etdirir. Bu məsələlərlə məşğul olan qurumlar, insanlar, ekspertlər əlbəttə ki, Azərbaycanın uğurlu inkişafını görürlər və qiymətləndirirlər”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ucar ictimaiyyəti ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına böyük üstünlüklə seçilməsi bütün dünyaya Azərbaycanı müasir,
Əli Hüseynli: “Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer ayrılmalıdır”
[2.11.2011] Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer hazırlanmalıdır. Bu barədə “Trend”ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə avtoxuliqanlıqla mübarizə ilə bağlı fikirlərini açıqlayarkən deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində belə meydanlar, yollar yaradılıb: “Nə bilmək olar, bəlkə Azərbaycandan da “Formula 1” qalibləri çıxdı?”.
Misir Mərdanov: “Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik ola bilər”

“MÜƏLLİMLƏRƏ XÜSUSİ DÖVLƏT QULLUĞU STATUSUNUN VERİLMƏSİ İLƏ BAĞLI TƏKLİFLƏR ARTIQ HÖKUMƏTƏ TƏQDİM EDİLİB”
[2.11.2011] Azərbaycanda müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə əlaqədar müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik ola bilər. Bunu “Trend”ə eksklüziv açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, nazirlik müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.










