![]()
Arxiv
Tikinti sektorunda daha bir böhran yaşana bilər

“HƏTTA 45-50 MİLYON MANAT DA VƏZİYYƏTDƏN ÇIXMAQ ÜÇÜN YETƏRLİ DEYİL”
[3.12.2009] Ölkənin bank və tikinti sektoru ilə bağlı növbəti illər üçün proqnozlar nibkin deyil. Beynəlxalq maliyyə böhranından ən çox sarsılan bu sahənin problemləri növbəti ildə daha da dərinləşə bilər. Menecmentin inkişafı üzrə beynəlxalq institutunun eksperti Ulrix Şteger yerli mətbuata açıqlamasında bildirib ki, bank sektorunda risklər qalmaqdadır və Azərbaycanda vəziyyət həssasdır.
Nəzarət-kassa aparatlarının satışı, istismarı, servisi və təmiri qaydalarına dəyişikliklər edilib
[3.12.2009]
Roma Papası Qərb dövlətlərini İslam bankçılığının üstün elementlərindən yararlanmağa çağırıb
MÜRACİƏTDƏ TANINMIŞ AZƏRBAYCAN İQTİSADÇISININ FİKİRLƏRİNDƏN İSTİFADƏ OLUNUB
[3.12.2009]
Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın tərkibində təyin edə bilər

ATƏT SAMMİTİNDƏ ÇIXIŞ EDƏN AZƏRBAYCAN XİN RƏHBƏRİ BİLDİRİB Kİ, ERMƏNİ TƏRƏF BUNA RAZILIQ VERSƏ, REGİONDA GENİŞ ƏMƏKDAŞLIQ İMKANLARI YARANACAQ
[3.12.2009] “Ermənistan Silahlı Qüvvələrinin məhdud zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması regionun geniş inkişaf etməsinə imkan verəcək və bu, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması üçün açar ola bilər”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-də Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib.
“Ərdoğanın ABŞ səfəri Azərbaycana da xeyir gətirə bilər”

ZƏRDÜŞT ƏLİZADƏ: “ABŞ TÜRKİYƏYƏ MƏSLƏHƏT VERƏ BİLƏR, TƏLƏB İRƏLİ SÜRƏ BİLMƏZ”
[3.12.2009] “Amerika Türkiyəyə çox böyük əhəmiyyət verir. Çünki Türkiyə Birləşmiş Ştatların bölgədə, müsəlman dünyasında, NATO, Qərb dünyası fonunda çox mühüm müttəfiqidir”. Politoloq Zərdüşt Əlizadə Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ-a nəzərdə tutulan səfərinə münasibət bildirərkən belə deyib.
Azərbaycanda əsirlikdə olan ermənilər üçüncü ölkəyə getmək üçün müraciət ediblər
[3.12.2009] Azərbaycanda əsirlikdə olan beş erməninin hamısı üçüncü ölkəyə getmək üçün müraciət edib. APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib: “Bu şəxslər yazılı formada müraciət ediblər. Həmin məktublar müvafiq xarici qurumlardadır. Biz onların surətlərini görmüşük”.
“15 yaşında qızın intihar faktına aydınlıq gətirilməlidir”

RƏBİYYƏT ASLANOVA: “BU KİMİ HALLARIN SƏBƏBLƏRİNİ ARAŞDIRMADAN QADIN ZORAKILIĞINA QARŞI QANUN QƏBUL OLUNMASININ ƏHƏMİYYƏTİ YOXDUR”
[3.12.2009] “Hüquq-mühafizə orqanlarından Quba rayonunda 15 yaşında qızın intihar etməsi faktına aydınlıq gətirmələrini tələb edirəm”. APA-nın xəbərinə görə, bunu Milli Məclisdə (MM) “Qadın zorakılığına yox deyək!” mövzusunda keçirilən dinləmələrdə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib: “Baş verən hadisəyə görə kim cəzalandırılacaq?
Parlamentdə qadın problemləri ilə bağlı dinləmələr keçirildi
“CİNAYƏT MƏCƏLLƏSİNDƏ MƏİŞƏT ZORAKILIĞINA GÖRƏ SANKSİYALAR NƏZƏRDƏ TUTULMALIDIR”
[3.12.2009]
“Biz qələbənin varisləriyik”
BAKIDA BEYNƏLXALQ AKSİYANIN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
[3.12.2009]
Əkrəm Əylisli: “Günləri sayıram ki, deputatlıq müddətim tez bitsin”

“ÇAP OLUNMAMIŞ İKİ ROMANIM VAR VƏ HAÇANSA YAZACAĞIM YENİ ƏSƏRİN HAVASI HƏR GÜN İSTİ-İSTİ DAMARLARIMDA DOLANIR”
[3.12.2009] Azərbaycanın xalq yazıçısı, Milli Məclisin üzvü Əkrəm Əylislinin APA-ya müsahibəsi










