![]()
Arxiv
Əmrah Çəlikəl: “Qarabağ”ın avrokubokların qrup mərhələsində oynaması realdır”
[17.12.2009] – Neçə vaxt idi Azərbaycandan kənardaydınız. Türkiyəyə səfərinizin məqsədi nə idi?
– Ora “Azərsun” Şirkətlər Qrupundakı işimə görə getmişdim. Futbolla bağlı hər hansı fəaliyyətimiz olmadı. Onsuz da komandada işlər öz qaydasında davam edir.
“Lokomotiv”in futbolçusu Bakıya gəldi
[17.12.2009]
“ABŞ-ın Ermənistan və Azərbaycana münasibətində neytrallıq görünmür”

RƏSMİ BAKI QARABAĞ SEPARATÇILARINA YARDIM EDƏN AMERİKAYA ADDIMINI ƏSASLANDIRMAĞA ÇAĞIRDI
[17.12.2009] “ABŞ atdığı addımları hərtərəfli əsaslandırmalıdır”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayrılmasına münasibət bildirərkən deyib.
Türkiyədən Ermənistana növbəti xəbərdarlıq

SƏFİR HULUSİ KILIÇ: “İŞĞAL ALTINDAKI TORPAQLARIN QAYTARILMASI MƏSƏLƏSİNDƏ İRƏLİLƏYİŞ OLMASA, PROTOKOLLARIN RATİFİKASİYASINI SÜRƏTLƏNDİRMƏYƏCƏYİK”
[17.12.2009] “Türkiyənin baş naziri Amerika prezidenti ilə görüşündə Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və bu torpaqların azad edilməsi istiqamətində irəliləyiş olmayacağı təqdirdə Ermənistanla imzalanmış protokolların təsdiqlənməyəcəyini bildirdi”.
Əli Həsənov: “Azərbaycanda antiamerika təbliğatı getmir”

“ABŞ ÖZ NÜFUZUNU QORUMAQ ÜÇÜN BİZİM NARAZILIQLARI NƏZƏRƏ ALMALIDIR”
[17.12.2009] “Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, parlamentinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarını antiamerika kampaniyası kimi qiymətləndirir. Halbuki Azərbaycanda antiamerika təbliğatı getmir”. Bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Məktəblərdə Yeni il şənliyinin keçirilməsi qadağan olundu
[17.12.2009] 2009-cu təqvim ilinin astanasındayıq. Yeni ilin əsas atributu-Şaxta babanın gəlişini ən çox gözləyənlər təbii ki, uşaqlardır. Şaxta baba və Qar qızla əylənmək, “Yolka” ətrafında dövrə vurub oynamaq uşaqların Yeni il əyləncələri sırasına daxildir. Amma bu il Bakıdakı orta məktəblərdə belə əyləncələrin təşkilinə icazə verilməyəcək.
“Görülən işlər insanları öz mübarizələrini bərabər şəkildə aparmağa imkan verir”

NATİQ MƏMMƏDOV: “ÜMİD EDİRİK BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ GÖZLƏNTİLƏRİMİZ TƏMİN OLUNACAQ”
[17.12.2009] “Bələdiyyə seçkilərində iki yerli qurum exit-poll keçirəcək. Onlar artıq MSK tərəfindən qeydiyyata alınıb. Bizim araşdırmalarımız onu göstərir ki, bu qurumların exit-poll təcrübəsi var və sorğunu insanların inandığı səviyyədə aparacaqlar”. MSK katibi Natiq Məmmədov “525”ə açıqlamasında belə deyib. Qeyd edək ki, exit-pollu AVCİYA və ELS Müstəqil Araşdırmalar Mərkəzi həyata keçirəcək.
Mikloş Haraştinin səlahiyyət müddəti bitir
[17.12.2009]
ATƏT-in Bakı ofisinin rəhbəri nəyə təəssüflənib?
[17.12.2009]










