![]()
Arxiv
Azərbaycan çempionatının ən intizamsız futbolçuları
[22.12.2009] Onlar peşəkar futbolçu kimi yaxşı mənada nə qədər ad çıxarsalar da, ipə-sapa yatmamaqları, meydanda yeri gəldi-gəlmədi dava etmələri, münaqişə yaratmaları ilə də tanınıblar. Kimdir onlar?
Bu yazını oxuyun və Azərbaycan çempionatlarının ən intizamsız futbolçuları ilə siz də yaxından tanış olun.
Rəsmi Bakı Avropa İttifaqını ikili standartlarda günahlandırdı

XARİCİ İŞLƏR NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİNİ AZƏRBAYCANA TƏZYİQ KİMİ QİYMƏTLƏNDİRİR
[22.12.2009] Avropa Parlamenti sonuncu qətnamənin qəbulu edilməsi ilə Qərbdə Azərbaycanla bağlı ikili standartların mövcud olduğunu bir daha sübut edib. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov “Trend” agentliyinə açıqlamasında bildirib.
“Biz Azərbaycan və Ermənistana doğru addımlar atmalıyıq”

MİXAİL MARGELOV: “QARABAĞ MÜNAQİŞƏSİNİ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRMƏK OLMAZ”
[22.12.2009] “Rusiyanın MDB ölkələri ilə əlaqələri bizim xarici siyasət prioritetimiz olaraq qalır. Aydındır ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr də bizim xarici siyasi və iqtisadi prioritetlərimiz sırasına daxildir”. Bu sözləri Moskvada mətbuat konfransı keçirən Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədri Mixail Margelov deyib.
Orta məktəblərdə buraxılış imtahanı qaydalarında dəyişikliklər olacaq
[22.12.2009] Orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı ötənilki qaydalarda bəzi dəyişikliklər nəzərdə tutulub. Bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, dərs ilinin sonunda həm IX, həm də XI sinif şagirdləri şəhadətnamə və attestat almaq üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcəklər.
Bahar Muradova: “Zərurət yaransa, parlamentdə Qarabağ müzakirələri mümkündür”
[22.12.2009] “Bələdiyyə seçkilərinə hazırlığı yüksək dəyərləndirirəm. Bələdiyyələrə namizədlərin təşviqat kampaniyası zamanı qanunvericilikdə nəzərdə tutulan bütün imkanlar yaradıldı”. Bu barədə jurnalistlərə vitse-spiker Bahar Muradova açıqlama verib.










