Arxiv

Deputat Fazil Mustafa vədlərinə necə əməl edib?

26 SAYLI SABUNÇU BİRİNCİ SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ

[26.12.2009] “525-ci qəzet” və Modern.az saytının “Deputat vədi” adlı birgə layihə çərçivəsində əməkdaşımız Milli Məclisin üzvü Fazil Mustafanın deputat seçildiyi 26 saylı Sabunçu birinci Seçki Dairəsində olub. Fazil Mustafa 6 noyabr 2005-ci il seçkiləri zamanı 5 namizədi – Quliyev Aydın (26,9%), Qurbanov Vahid (10%), Abdullayev İlham (5,4%), Əliyev Seyfəddin (4,6%), Haqverdiyev Cəmşidi (4,4%) arxada qoyaraq seçicilərin 34%-nin (3976 səs) səsini toplayıb. Seçkilər zamanı deputatın əsas şüarı “Xalqa xidmət haqqa xidmətdir!” olub.

Bülənt Qorxmaz: “Türkiyə futbolunun 20-25 ilə keçdiyi yolu Azərbaycan 5-10 ilə qət edə bilər”

[26.12.2009] Bülənt Qorxmazla hal-əhval tutub diktafonu işə salmaq istəyirdim ki, birdən sözümü kəsdi:
– Hələ bir deyin görüm, nəyə görə qəzetinizin adı “525”dir? Gerçəkdən, bu ad marağıma səbəb oldu...
Jurnalistikada fəaliyyət göstərdiyim bu 12 il ərzində ilk dəfəydi ki, müsahibəyə mən yox, müsahibim başladı. Və doğrusu, bu durum məni bir qədər məmnun etdi. Çünki qarşımdakı insanın ünsiyyətcil olduğu və quru adam təsir bağışlamadığını ilk dəqiqədən yəqinləşdirdim.
Hə, unutmadan onu da deyim ki, Büləntin sualı cavabsız qalmadı. “525”in 1992-ci ildə yarandığını, qəzetin adının onun qeydiyyat nömrəsinə uyğun olaraq seçildiyini bildirdim. “Hocam, sizin o zamankı cümhurbaşqanı Süleyman Dəmirəl də təxminən eyni sualı bizim xanım əməkdaşa vermişdi” – replikamı eşidincə isə üzündə təbəssüm yarandı.
Bir az da söhbət etdikdən sonra Bülənt hoca hələ yeni komandası – Azərbaycan çempionu “Bakı”da da işlərinin çox olduğuna işarə edərək “Hə, başlayaq” – dedi.
Azərbaycanlı futbol azarkeşlərinin də qəlbində özünə məbəd qurmuş Türkiyənin “Qalatasaray” komandasının əfsanəvi kapitanı və baş məşqçisi olmuş Bülənt Qorxmazla söhbətimiz düz bir saata qədər çəkdi. Nə dedik, nə danışdıqsa, hamısını bu müsahibəyə köçürdüm. Vaxtınız varsa, siz də oxuyun.

Sözün ucalığında yeri-göyü tutan şair

Qarabağı itirməyə başladığımız gün

Qardaş qatili məhkəmə qarşısında

[25.12.2009]

Dövlət Dəniz Administrasiyasının cəmi 1 gəmisi var

[25.12.2009]

Bakıda evakuatorlar ləğv edilib

[25.12.2009]

Bin Ladenin qızı atasının vətənindən sığınacaq istədi

[25.12.2009]

Qətliam kimi qəza: 40 ölü, onlarla yaralı

[25.12.2009]

“Yaşıl gözlü qız” Türkiyədə mükafat qazanıb

[25.12.2009]   Bu günlərdə TMMOB Memarlar Evi Ankara Şöbəsi tərəfindən 3-6 və 7-12 yaş arasında uşaqlar üçün “Şəhərimi oxuyuram” adlı kitab müsabiqəsi keçirildi. Müsabiqə uşaqların yaşadığı mühitə, şəhərə və memarlığa aid baxışlarının formalaşması və oxumağa olan maraqlarının artırılması məqsədi daşıyırdı.

Yarım əsr əvvəlin kövrək söhbəti

Murad Hüseynov Böyük Britaniya və Rusiyada konsertlər verəcək

Nüfuzlu sərgilərə layiq əsərlər

Xalq artisti Tariyel Qasımovun 70 illiyi qeyd edilib

“Dədələr yolu” göstərildi


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar