![]()
Arxiv
Zəlzələ və sunamidən 708 nəfər öldü
[1.03.2010]
KÖHNƏLMƏYƏN ÇUXA
[27.02.2010]
ABŞ administrasiyası “soyqırımı” qətnaməsinə qarşı çıxdı

DÖVLƏT KATİBİ HİLLARİ KLİNTON: “KONQRESİN “ERMƏNİ SOYQIRIMI”NA DAİR HƏR HANSI QƏTNAMƏ QƏBUL ETMƏSİ ARZUOLUNMAZDIR”
[27.02.2010] ABŞ Konqresinin Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qətnamənin martın 4-ə planlaşdırılan müzakirəsi ərəfəsində dövlət katibi Hillari Klinton konqresmenlər qarşısında çıxış edib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrə qatılan xanım Klinton hazırkı şəraitdə belə bir sənədin qəbulunun Ermənistan-Türkiyə münasibətlərinə mənfi təsir edəcəyini vurğulayıb.
Andrey Nesterenko: “Yuri Merzlyakov yeni diplomatik təyinat alıb”
[27.02.2010] “Yuri Merzlyakov yeni diplomatik təyinat alıb ki, bu da Xarici İşlər Nazirliyinin əməkdaşları üçün təbii haldır”. Bu fikirləri Moskvada keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko APA-nın sualını cavablandırarkən söyləyib. XİN rəsmisi bildirib ki, hadisələri qabaqlamağa ehtiyac yoxdur:
“Mətbuat Şurası “reket” mətbuatın arxasında dayanan məmurların adlarını açıqlasın”

MİLLİ MƏCLİS ÜZVLƏRİ MƏTBUAT ŞURASININ “REKET JURNALİSTİKANIN” İFŞA OLUNMASI İSTİQAMƏTİNDƏ APARDIĞI İŞİ DƏSTƏKLƏYİR
[27.02.2010] Milli Məclisin üzvləri Mətbuat Şurasının bəzi “reket” qəzetlərin arxasında məmurların dayanması ilə bağlı bəyanatına reaksiya veriblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov APA-ya açıqlamasında Azərbaycanda “reket” jurnalistikanın mövcudluğunu mənfi hal kimi qiymətləndirib.
“Qarabağla bağlı danışıq prosesini dəstəkləyirik”

DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT ÜNVANLADI
[27.02.2010] Dünən “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocıla soyqırımının 18-ci ildönümünə həsr olunan tədbir keçirib. İcmanın sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov soyqırımla əlaqədar Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət etdiklərini deyib.
Ukraynadakı Azərbaycan diasporundan ermənilərə ciddi zərbə

AZƏRBAYCAN VƏ UKRAYNA DÖVLƏT TELEVİZİYALARININ BİRGƏ ÇƏKDİYİ “QARABAĞ TARİXİN BURULĞANINDA” FİLMİ BÖYÜK ƏKS-SƏDA DOĞURDU
[27.02.2010] Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə istehsalı olan “Qarabağ tarixin burulğanında” adlı film erməni diasporunun ciddi narazılığı ilə qarşılanıb. Film hələ ilk dəfə Ukraynanın dövlət televiziyasında efirə getdikdən sonra ermənilər birinci kanala etiraz məktubları göndəriblər. Filmdə səslənən fikirlərin, ortaya qoyulan tutarlı faktların həqiqətə uyğun olmadığını iddia edən ermənilər onların da
Hərbi hissədəki qanlı olaya görə daha iki nəfər həbs edilib
[27.02.2010] Yanvarın sonunda Daşkəsən rayonundakı N saylı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı daha iki nəfər saxlanılıb. Beləliklə, bu iş üzrə saxlanılanların ümumi sayı dörd nəfərə çatıb. “Silahlı insidentlə bağlı istintaq davam edir. Faciənin motivi barədə dəqiq heç nə deyə bilmərəm. İstintaq başa çatandan sonra ictimaiyyətə geniş məlumat veriləcək”,










