![]()
Arxiv
“Çin qlobal dünya iqtisadiyyatında”
DÜNƏN YAP İCRA KATİBLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ AKADEMİK ZİYAD SƏMƏDZADƏNİN YENİ KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
[15.10.2009] Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bu kitabın Çin Xalq Respublikasının yaranmasının 60 illiyinə həsr olunduğunu bildirib.
“Qanuni oğru”lar ömürlük həbsdə qalacaqlar
[15.10.2009]
Bayrağı Ərdoğan qadağan edibmiş...
[15.10.2009] Bursada Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçirilən görüşdə stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı son qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan verib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Bursa valisi Şahabettin Harput stadiona Azərbaycan bayrağının buraxılacağı ilə bağlı açıqlama verib.
Abdullah Gül: “Ermənistanla dialoqu fasiləsiz davam etdirəcəyik”
[15.10.2009] Bursa valisi Şahabettin Harput prezident Abdullah Gülün dəvəti Türkiyə və Ermənistan futbol maçını izləmək üçün Bursaya gələn Ermənistan dövlət başçısı Serj Sarkisyanın şərəfinə ziyafət verib. APA-nın ziyafətdə iştirak edən əməkdaşının məlumatına görə, “Almira” otelindəki qapalı ziyafətə Türkiyə və xarici media orqanlarından təmsilçilər qonaq kimi dəvət ediliblər.
Belarusda əhalinin siyahıyaalınması keçirilir
[14.10.2009] Dünən Belarusda əhalinin siyahıyaalınması başlanıb. APA-nın məlumatına görə, proses oktyabrın 24-nə kimi davam edəcək. Siyahıyaalınma prosesində Belarus vətəndaşları ilə yanaşı ölkə ərazisində müvəqqəti məskunlaşan xarici dövlət vətəndaşları barədə də məlumatlar toplanacaq.











