![]()
Arxiv
Avtomobilində kanala aşan iş adamı öldü
[19.04.2010]
Şimali Kiprin yeni prezidenti Dərviş Əroğlu
[19.04.2010]
Əhmədinejad Obamaya məktub yazıb
[19.04.2010]
Bakı Dövlət Universitetində bomba həyəcanı
[19.04.2010]
Nursultan Nazarbayev: “Qırğızıstanda vətəndaş müharibəsinin qarşısını biz aldıq”
[17.04.2010] “Qazaxıstan iqtidarı Qırğızıstanda vətəndaş müharibəsinin qarşısını almağa nail olub”. APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstan prezidenti Nursuıltan Nazarbayev Astanada keçirdiyi mətbuat konfransında söyləyib: “Hesab edirəm ki, vətəndaş qarşıdurmasının, ölkənin şimal və cənub regionları arasında
“Hökm deyil ki, hər məktəbdə əlisilahlı adam dayansın”

TƏHSİL NAZİRİNİN SÖZLƏRİNƏ GÖRƏ, MƏKTƏBLƏRDƏ XOŞAGƏLMƏZ HADİSƏLƏR BAŞ VERMƏMƏSİ ÜÇÜN MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR
[17.04.2010] “Çalışacağıq ki, Azərbaycanın 7 min təhsil müəssisəsinin hər birinin təhlükəsizliyini təmin edək. Hökm deyil ki, hər məktəbdə əlisilahlı adam dayansın. Ancaq biz müvafiq tədbirlər görürük ki, təhsil müəssisələrində xoşagəlməz hadisələr baş verməsin”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Kurmanbek Bakiyev istefa verdi
QIRĞIZISTAN PREZİDENTİNİN TƏRƏFDARLARI SİLAHLARI TƏHVİL VERMƏYƏ BAŞLAYIBLAR
[17.04.2010]
Əhməd Davudoğlu Azərbaycan rəhbərliyilə müzakirələr aparmağa gəlir

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİN SÖZLƏRİNƏ GÖRƏ, VAŞİNQTON DANIŞIQLARI AZƏRBAYCAN PREZİDENTİ İLƏ MÜZAKİRƏ OLUNACAQ
[17.04.2010] Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi – aprelin 19-da Azərbaycana səfər edəcək. APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonda keçirdiyi görüşlərinin nəticələrinə dair Türkiyənin ABŞ-dakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli ilə bağlı alternativ yollar axtarır”

ƏLİ HƏSƏNOV: “ABŞ-ın SON DÖVRLƏR ATDIĞI ADDIMLAR AZƏRBAYCAN İCTİMAİYYƏTİNİ NARAHAT EDİR”
[17.04.2010] “Parlamentdə təmsil olunan əksər partiyalar öz namizədlərini irəli sürüblər və Mərkəzi Seçki Komissiyasında təmsil olunurlar. Təkcə Müsavat Partiyasına məxsus yerlər boş qalıb. Bu məsələnin necə həll olunacağına parlament qərar verəcək”. Bu sözləri dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbənin müdiri Əli Həsənov deyib.
“Qarabağ münaqişəsi həll edilməsə, protokollar ratifikasiya olunmayacaq”

ŞEYL HOROVİTS: “ABŞ PREZİDENTLƏRİ “SOYQIRIMI” QƏRARINI ƏVVƏL DƏ DAYANDIRIB, HESAB EDİRƏM Kİ, OBAMA DA BELƏ EDƏCƏK”
[17.04.2010] “ABŞ prezidentləri “soyqırımı” qərarını əvvəl də dayandırıb və mən hesab edirəm ki, Obama yenə belə edəcək”. Bunu APA-nın Vaşinqton müxbirinə açıqlamasında Viskonsin Milvaukii Universitetinin beynəlxalq və etnik münaqişələr üzrə professoru Şeyl Horovits deyib.
Bakıda 12 yaşlı məktəbli dərmandan zəhərlənərək ölüb
[17.04.2010] Bakıda 12 yaşlı məktəbli dərmandan zəhərlənərək ölüb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Sulutəpə qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əli Rəhimli dərman zəhərlənməsi ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.










