![]()
Arxiv
İnternet tarifləri endirildi
[2.06.2010] Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi genişzolaqli internet xidmətlərinin tariflərini 36 faiz endirib. BTRİB-dən “APA-Economics”ə verilən məlumata görə, dünəndən etibarən ADSL xətləri vasitəsilə göstərilən internet xidmətlərinin tarifləri
Bakıda beynəlxalq neft-qaz sərgisi başlayıb

TƏDBİRDƏ PREZİDENT İLHAM ƏLİYEV DƏ İŞTİRAK EDİB
[2.06.2010] Dünən Bakıda XVII Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi işə başlayıb. “APA-Economics”in məlumatına görə, Böyük Britaniyanın “ITE Group Plc.” şirkəti tərəfindən təşkil olunmuş sərgi Azərbaycanın Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ARDNŞ-in dəstəyi ilə yeni istifadəyə verilmiş “Bakı Ekspo” sərgi mərkəzində açılıb.
Rəsmi Bakı İsrailin hücumunu pislədi

“HUMANİTAR BİR AKSİYANIN İNSAN TƏLƏFATI İLƏ NƏTİCƏLƏNMƏSİ FAKTI ARAŞDIRILMALI VƏ GÜNAHKARLAR ÖZ CƏZALARINI ALMALIDIR”
[2.06.2010] “Azərbaycan Qəzza zolağına humanitar yardım aparan gəmi karvanının İsrail hücumuna məruz qalmasını pisləyir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. O bildirib ki, yaranmış vəziyyət Azərbaycanda narahatlıq doğurur: “Azərbaycan tərəfi hesab edir ki, humanitar bir
İran Xudafərin su anbarına yığılmış suyu yenidən Araz çayına buraxıb
[2.06.2010] Arazın yeni qolu ilə saniyədə 250 kubmetr su axıdılır. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. Onun sözlərinə görə, mayın 31-nə kimi İran İslam Respublikası ilə Xudafərin su anbarında suyun yığılması razılaşdırılıb.
İstanbulda dövlət və hökumət başçılarının sammiti olacaq
[2.06.2010] İyunun 7-dən 9-na kimi İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçiriləcək. APA-nın məlumatına görə, sammitdə bu təşkilata sədrlik Qazaxıstandan Türkiyəyə keçəcək. Türkiyə bu sədrliyi 2010-2012-ci illərdə həyata keçirəcək.
Ali təhsilin maliyyələşməsi üzrə Milli Məsləhətçi vəzifəsinə qəbul elan edilib
[2.06.2010] Təhsil Nazirliyi müxtəlif tapşırıq və vəzifələri icra etmək üçün Ali təhsilin maliyyələşməsi üzrə Milli Məsləhətçi vəzifəsinə qəbul aparır. Bu barədə “525”ə təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, məsləhətçi bir sıra əsas tapşırıq və vəzifələri yerinə yetirəcək. Bunlara Azərbaycanda ali təhsil sektoru üzrə dövlət maliyyələşməsinin cari xərclərinin
“Avtobusda silah keçirilməsi mümkün deyildi”

ADNA-da BAŞ VERƏN KÜTLƏVİ QƏTLLƏ BAĞLI CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ BAXIŞI DAVAM ETDİRİLİB
[2.06.2010] Dünən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən kütləvi qətllə bağlı cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən proses başlamazdan öncə təqsirləndirilən Cavidan Amirovun anası Rəna Qədirova ilə zərərçəkənlər arasında mübahisə yaranıb.
“YAP bu dəfə də seçkilərdə daha çox üstünlük əldə edəcək”

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ BAHAR MURADOVA: “QIRĞIZISTANDA BAŞ VERƏN PROSESLƏRİN AZƏRBAYCANDA YAŞANMASI HEÇ CÜR MÜMKÜN DEYİL”
[2.06.2010] – Bahar xanım, qardaş Türkiyə ilə İsrail arasında yaranmış məlum münaqişə barədə nə deyərdiniz?
– Əlbəttə, Türkiyə bizə qardaş, dost ölkədir və düşünürəm ki, Türkiyənin regionda oynadığı rolu heç kim inkar edə bilməz. Türkiyənin təhlükələrin önlənməsi, regional
“Hər 10-un içində bir yaxşısı varsa, kifayətdir”

RAFİQ ƏLİYEV: “BİZİM BİZNES ANLAYIŞIMIZ DÜZGÜN DEYİL”
[2.06.2010] Müqayisəsiz, titulsuz... Alim, professor, qeyri-səlis məntiqin davamçısı və s. kimi yox, tələbələrin dostu, azad müəllim və əsl vətəndaş kimi... Sadəcə Rafiq Əliyev... Hər cümləsiylə bilik verən bu insan müsahibə zamanı hazırladığım suallar qarşısında bir ensiklopediya kimi vərəqlənirdi. Böyük sevinc və maraqla “oxuduğum” o vərəqləri oxuculara təqdim edirəm.










