![]()
Arxiv
“Qarabağ” Elnur Allahverdiyevlə yollarını ayırdı
[10.06.2010]
Penaltinin şifrəsi
[10.06.2010]
Həcc mövsümü başlayır
ZİYARƏTƏ AVTOBUSLA GETMƏK İSTƏYƏNLƏR 2500, TƏYYARƏ İLƏ GEDƏNLƏR İSƏ 3500 MANAT ÖDƏYƏCƏK
[9.06.2010]
İlham Əliyev: “Belə getsə, Azərbaycan öz mövqeyində ciddi dəyişikliklər edəcək”

“ERMƏNİSTAN PREZİDENTİ SOÇİDƏ VERİLƏN TƏKLİFƏ MÜNASİBƏT BİLDİRMƏK ÜÇÜN İKİ HƏFTƏ VAXT İSTƏMİŞDİ, ARTIQ ALTI AY KEÇİB, AMMA HƏLƏ HEÇ BİR XƏBƏR YOXDUR”
[10.06.2010] – Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Bu görüşlər ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə prezidenti və baş naziri, Rusiyanın baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi.
Seçki Məcəlləsinə dəyişiklik edilir

BUNUNLA BAĞLI QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN PLENAR İCLASINA TÖVSİYƏ OLUNUB
[10.06.2010] Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib. APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklif Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir qrup deputat tərəfindən daxil olub.
Müdafiə Nazirliyi Hərbi Doktrinaya şərh verdi

ELDAR SABİROĞLU: “AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN VƏZİFƏLƏRİ, FƏALİYYƏT İSTİQAMƏTLƏRİ DƏQİQLİKLƏ MÜƏYYƏN EDİLİB”
[10.06.2010] “Bir neçə il idi ki, bu sənəd üzərində iş gedirdi. Əsas məqsəd təkmil bir doktrinanın – Azərbaycanın hərbi siyasi təhlükəsizliyini təmin edə biləcək konseptual sənədin hazırlanması idi. Fikrimizcə, Azərbaycan buna nail ola bildi. Milli Məclisdə müzakirələr zamanı mükəmməl bir Hərbi Doktrinanın ortaya qoyulduğunun şahidi olduq”.
Varşava su altında qalmaq təhlükəsi ilə üzləşib
[10.06.2010] Polşa paytaxtı daşqın təhlükəsi ilə üz-üzə qalıb. APA-nın məlumatına görə, Visla çayı boyunca qum kisələrindən qurulmuş bənddə bir kilometr uzunluğunda sızma baş verib. Hazırda Vislada suyun səviyyəsi 749 santimetr səviyyəsinə qalxıb. Meteoroloqlar bir gün ərzində suyun səviyyəsinin daha 21 santimetr qalxacağını proqnozlaşdırır.
Səyyar qəzet və jurnal satışı ilə bağlı vəziyyət araşdırılacaq
[10.06.2010] Dünən Azərbaycan Mətbuat Şurasında qəzet və jurnalların səyar satışı ilə bağlı son vaxtlar Bakının bir sıra yerlərində yaranmış çətinliklərlə əlaqədar məsələ müzakirə olunub. MŞ-nin İdarə Heyəti üzvlərinin və ölkənin tanınmış, ictimai fikrə təsir göstərən bir sıra mətbu nəşrlərinin iştirak etdikləri toplantıda məsələnin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Xaricdə təhsil almış azərbaycanlıların vətəndə işləməyə marağı varmı?

TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏN MƏZUN OLAN AZƏRBAYCAN GƏNCLƏRİNİN Ş VƏ KARYERA GÖSTƏRİCİLƏRİLƏ BAĞLI ARAŞDIRMA APARILIB
[10.06.2010] Xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malik Azərbaycanın ali məktəblərində hələ XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrindən minlərlə əcnəbi tələbə təhsil alır. Hazırda ölkənin ali məktəblərində 50-ə yaxın ölkədən 6795 nəfər əcnəbi tələbə bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla oxuyur.
“Ş.M.Xiyabani hərəkatı-90”
GÖVHƏR BAXŞƏLİYEVA: “XİYABANİ HƏRƏKATI TARİXİMİZİN AZADLIQ UĞRUNDA APARDIĞI MÜBARİZƏNİN ŞANLI SƏHİFƏLƏRİNDƏN BİRİDİR”
[10.06.2010]










