![]()
Arxiv
Qənirə Paşayeva: “İşğalçı qala-qala Azərbaycana qarşı haqsız düzəliş qəbul olunub və illər keçsə də ləğv edilməyib”

MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ, AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞ PA) NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ QƏNİRƏ PAŞAYEVADIR
[10.01.2012] –Qənirə xanım, ABŞ Konqresinin separatçı və qondarma “Dağlıq Qarabağ Respublikası”na növbəti maliyyə yardımı ayırması cəmiyyətimizdə haqlı olaraq, sərt etirazlara səbəb olub. Siz bir millət vəkili olaraq, bəs bu haqda nə düşünürsünüz?
– Mən birmənalı şəkildə həm parlamentdə səsləndirmişəm, həm də açıqlamalarımda hər zaman demişəm ki, Konqresin bu yardımları doğru deyil. Hansı istiqamətdə doğru deyil? Birincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmət anlayışı içərisində Konqresin bu yardımları doğru deyil. ABŞ deyir ki, Amerika Azərbaycanın
“Evsiz-eşiksiz zabit-giziri görən cavan oğlan heç vaxt hərbçi peşəsinə maraq göstərməzdi”
“HƏRBÇİLƏRİN MƏNZİL ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI GƏNC NƏSİLDƏ HƏRBÇİ PEŞƏSİNƏ MARAĞIN DAHA DA ARTMASINA GƏTİRİB ÇIXARACAQ”
[10.01.2012] Ötən il dekabrın 28-də Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanda qeyd olunub ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan verib. Fərmanla qərara alınıb ki, Silahlı Qüvvələrin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət
“Ötən il Azərbaycan-İndoneziya əlaqələri üçün uğurlu il olub”
AGUS TRİMARTANO: “BU İL İKİ ÖLKƏ ARASINDA BİR SIRA SƏNƏDLƏR İMZALANACAQ”
[10.01.2012] – Cənab Trimartano, 2011-ci il Azərbaycan və İndoneziya münasibətləri baxımından nə ilə yadda qaldı?
– Ötən ili iki ölkənin münasibətlərində uğurlu bir il kimi dəyərləndirmək olar. Bu özünü bir sıra səfərlərdə, eyni zamanda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsində göstərdi. Mən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü nəzərdə tuturam. Bu prosesdə İndoneziya ilk gündən Azərbaycana dəstək verdi və sevinirik ki, ölkəniz bu mötəbər təşkilatda təmsil olunub. Eyni zamanda İndoneziyada hər zaman beynəlxalq məsələlərdə Azərbaycanı
AMİP-də gərginlik
PARTİYANIN QADINLAR TƏŞKİLATININ SƏDR MÜAVİNİ SƏNUBƏR İSAYEVA: “AMİP SƏDRİ VƏ BAŞ KATİBİNİN YARITMAZ FƏALİYYƏTLƏRİ PARTİYA DAXİLİNDƏ CİDDİ FİKİR AYRILIQLARINA GƏTİRİB ÇIXARIB”
[10.01.2012]
BQP-dən amnistiya təklifi
[10.01.2012]
Naxçıvanda mətbuat və ədəbi mühit:“Şərq qapısı” qəzeti mədəni inkişafın güzgüsü kimi
[10.01.2012] 1921-ci ildən Naxçıvanda nəşrə başlayan “Şərq qapısı” qəzeti regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda, Naxçıvanda ədəbi mühitin inkişafına səbəb oldu, qələm sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş kütlələrə çatdırmasına şərait yaratdı.
Zaman keçdikcə qəzet səhifələrində hələ püxtələşməmiş, yonulmamış mətbu sözlər öz cilasını tapdı və mətbuata olan həvəs peşəkarlıqla əvəzlənməyə başlandı. Mətbuatın formalaşması mərhələsi isə birbaşa ədəbi mühitə bağlı proses idi. Əbəs yerə deyil ki, 1920-30-cu illər Naxçıvan mətbuatının ağırlığı elə ədəbi qüvvəllərin










