![]()
Arxiv
Bakıda Beynəlxalq Qaçqınlar gününə həsr olunmuş tədbir keçirilib

ƏLİ HƏSƏNOV: “AZƏRBAYCANIN İMKANLARI ARTIR DEYƏ DONORLAR ÖLKƏNİ TƏRK EDİR, BU, DÜZGÜN YANAŞMA DEYİL”
[22.06.2010] Dünən Bakıda 20 iyun – Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri BMT-nin Bakıdakı nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil edib. Əvvəlcə iştirakçılara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Anjeli Qutereşinin videomüraciəti, xoşməramlı səfir Anjelika Colinin iştirakı ilə çəkilmiş videoçarx,
Polşa prezidenti ikinci turda məlum olacaq
[22.06.2010] Polşada keçirilən prezident seçkilərində parlamentin aşağı palatasının sədri, prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovski daha çox səs toplayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ona seçicilərin 40,7 faizi səs verib. B. Komovskinin əsas rəqibi olan Yaroslav Kaçinski isə seçicilərin 35,8 faiz səsini yığa bilib.
AŞPA-nın yay sessiyası başladı

AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏ İYUNUN 24-də MÜZAKİRƏ OLUNACAQ
[22.06.2010] Dünən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb. APA-nın məlumatına görə, Yaxın Şərqdə gərginlik, H1N1 virusunun pandemiyası, islamofobiya, Şimali Qafqazda insan haqları sessiyanın prioritet məsələləridir.
Mövlud Çavuşoğlu: “AŞPA-nın Qarabağla bağlı qətnaməsinə hörmətlə yanaşılmalıdır”

“HƏR İKİ TƏRƏFİN BU QƏTNAMƏNİ HƏYATA KEÇİRMƏSİ AZƏRBAYCANLA ERMƏNİSTANA, ELƏCƏ DƏ BÜTÜN REGİONA SÜLH VƏ STABİLLİK GƏTİRƏ BİLƏCƏK”
[22.06.2010] Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu qurumun yay sessiyası çərçivəsində ilk mətbuat konfransı keçirib. APA-nın Avropa Şurasının işini işıqlandıran Avropa bürosu əməkdaşının verdiyi məlumata görə, jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi və AŞPA-da bununla bağlı alt komitəsinin fəaliyyətinin
Azərbaycan Xankəndidə qanunsuz kilsənin tikilməsinə etiraz edir

“DAĞLIQ QARABAĞDA AZƏRBAYCANIN İCAZƏSİ OLMADAN KİLSƏ TİKƏNLƏR HƏM BEYNƏLXALQ QANUNLAR, HƏM DƏ ALLAH QARŞISINDA MƏSULİYYƏT DAŞIYIRLAR”
[22.06.2010] “Azərbaycan ərazisində istənilən dini məbəd yalnız Azərbaycan hökumətinin razılığı ilə tikilə bilər”. Bunu APA-ya açıqlamasında Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata Xankəndidə Müqəddəs Məryəmin şərəfinə kilsənin inşasının başlanmasına münasibət bildirərək deyib.
Azərbaycan ordusu düşməni yerində oturtdu

FÜZULİ İSTİQAMƏTİNDƏ HÜCUMA KEÇƏN ERMƏNİLƏR İTKİ VERƏRƏK GERİ ÇƏKİLDİLƏR
[22.06.2010] Ermənistan silahlı birləşmələrinin təxribatı ara vermir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 21-də saat 01.45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçib.
İranda azərbaycanlı jurnalist həbs edilib
[22.06.2010]
Borçalı türklərinin problemləri müzakirə olunub
MİLLƏT VƏKİLİ NƏSİB NƏSİBLİ: “ƏGƏR BİR OLMASAQ, PƏRAKƏNDƏ ŞƏKİLDƏ REGİONDAKI HƏR HANSI PROBLEMİ HƏLL EDƏ BİLMƏRİK”
[22.06.2010]










