![]()
Arxiv
İranda 4,8 bal gücündə zəlzələ olub
[6.07.2010]
Hillari Klinton: “Qarabağ probleminin həllinin vaxtı çatıb”

BAKI VƏ İRƏVANDA SƏFƏRDƏ OLAN ABŞ-ın DÖVLƏT KATİBİ QARABAĞ MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETDİ
[6.07.2010] “BİZ MÜNAQİŞƏNİN HƏLLİNƏ DAİR ÜMUMİ PRİNSİPLƏRİN KONKRETLƏŞDİRİLMƏSİNİ VƏ YEKUN SƏNƏDİN İMZALANMASINI GÖZLƏYİRİK”
İyulun 4-də Amerikanın dövlət katibi Hillari Klinton Azərbaycanda rəsmi səfərdə olub. Heydər Əliyev Beynəlxalq Hava Limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün Bakıda 40 dərəcə isti olacaq

AZƏRBAYCANIN BƏZİ BÖLGƏLƏRİNDƏ HAVANIN HƏRARƏTİNİN 42 DƏRƏCƏYƏ ÇATACAĞI PROQNOZLAŞDIRILIR
[6.07.2010] İyulun 5-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq. İyulun 7-də şimal-qərb küləyi əsəcək, gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 35-39 dərəcə isti olacaq.
“I sinfə şagird qəbulu qaydalarında elə bir ciddi yenilik yoxdur”
HAZIRDA MƏKTƏBLƏR 2010-2011-ci TƏDRİS İLİ ÜÇÜN ADİ VƏ KÖHNƏ QAYDADA ŞAGİRD QƏBULU APARIR”
[6.07.2010] Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Təhsil naziri bildirib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar adi qaydada məktəbə müraciət etməklə I sinfə qəbul oluna biləcəklər. M.Mərdanov I sinfə qəbulla bağlı Təhsil Nazirliyində komissiyanın yaradılması barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.
“Dondurma” ilə bağlı dövlət standartına dəyişiklik edildi
[6.07.2010] Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 1 iyul 2010-cu il tarixli əmri ilə “AZS 228-2006” “Dondurma” dövlət standartına dəyişikliklər qüvvəyə minib. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliklərə əsasən, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar
Ukraynada azərbaycanlı aspirant elmlər namizədi oldu
[6.07.2010] Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunu bitirən Anar Tahirov Ukrayna Ali Attestasiya Komissiyasının Elmi Şurası qarşısında “Dövlət hakimiyyət orqanlarının fəaliyyətində informasiya təminatı” mövzusunda dissertasiyasını müdafiə edərək, siyasi elmlər namizədi adına layiq görülüb.










