![]()
Arxiv
“ABŞ hakimiyyəti Azərbaycan müxalifətinin ciddi gücü olmadığını yaxşı bilir”

POLİTOLOQ EMİN HƏSƏNLİ: “RƏSMİ VAŞİNQTON DÖVLƏTİN İDARƏ EDİLMƏSİNƏ, ÖLKƏDƏ GEDƏN PROSESLƏRƏ TƏSİR İMKANLARI OLAN QÜVVƏLƏRLƏ ƏMƏKDAŞLIĞA ÜSTÜNLÜK VERİR”
[9.07.2010] “Amerikanın dövlət katibi Hillari Klintonun Bakıya səfəri ABŞ-Azərbaycan münasibətlərinin müsbətə doğru inkişafının göstəricisi kimi qəbul edilməlidir”. Bu barədə “525”ə açıqlamasında “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri, politoloq Emin Həsənli ABŞ dövlət katibinin ölkəmizə səfərini şərh edərkən bildirib.
Hidayət Orucov: “On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsinin qarşısı alınıb”

“AZƏRBAYCAN DÖVLƏTİ MƏSCİD SÖKƏN DEYİL, MƏSCİD TİKƏN DÖVLƏTDİR”
[9.07.2010] “Dövlət zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması istiqamətində səylərini daha da gücləndirdiyindən, bu sahədə biznes quraraq qanunsuz yolla varlanmaq istəyənlər, həm də ölkəmizdə qeyri-ənənəvi, pozucu ideologiyaların yayılmasında maraqlı olan dairələr məkrli niyyətlərini həyata keçirə bilmirlər”.
Piter Semnebi: “Cənubi Qafqazdakı vəziyyət qeyri-stabil olaraq qalır”
[9.07.2010] “Cənubi Qafqazda, xüsusən münaqişə zonalarında vəziyyət qeyri-stabil olaraq qalır, bu isə beynəlxalq ictimaiyyəti narahat etməlidir”. APA-nın məlumatına görə, bu barədə Cənubi Qafqaza səfər etmiş Avropa Birliyinin bu bölgə üzrə xüsusi nümayəndəsi Piter Semnebinin ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir. O bildirib ki, beynəlxalq ictimaiyyət regiona olan marağını qorumalıdır:
“41 dərəcədən çox istidə iş dayandırılmalıdır”

BAKIDA ARTIQ 54 NƏFƏR GÜNVURMA DİAQNOZU İLƏ XƏSTƏXANAYA GƏTİRİLİB
[9.07.2010] Havaların isti keçməsi ilə əlaqədar günvurma halları yenidən artıb. İyunun 1-dən indiyə kimi artıq 54 nəfər günvurma diaqnozlu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, müraciət edənlərin vəziyyəti yüngül olub. Vəziyyətinin nisbətən ağırlaşa biləcəyi güman edilən 15 nəfər xəstəxanalara yerləşdirilib.
İlham Əliyev bölgələrdə səfərdə oldu
[9.07.2010] Dünən Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsində səfərdə olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının Zaqatalaya səfəri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etməklə başlayıb. Dövlət başçısına məlumat verilib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb.
“Bakı” klubunun sabiq futbolçusu həbs olundu
[9.07.2010] “Bakı” klubunun sabiq futbolçusu Georgi Demetradze Gürcüstanın terror əleyhinə mərkəzinin əməkdaşları tərəfindən həbs olunub. Lent.az-ın “GHN” agentliyinə istinadən verdiyi məlumata görə, Demetradze kriminal aləmlə əlaqələrdə və gizli totalizatorda iştirakda ittiham olunur. O, “qanunda oğru” qanunları ilə işləyən şəxslərlə bir yerdə totalizatorda məğlub olan müştərilərdən pul qoparırmış.










