![]()
Arxiv
ABŞ dövlət katibi erməniləri qəzəbləndirdi

HİLLARİ KLİNTON: “ABŞ “ERMƏNİ SOYQIRIMI”NIN İNKARINA GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİ TƏTBİQ ETMƏK NİYYƏTİNDƏ DEYİL”
[28.01.2012] ABŞ-ın aparıcı erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsi dövlət katibi Hillari Klintonun Fransa parlamentinin qəbul etdiyi qanunla bağlı mövqeyini tənqid edib. APA-nın məlumatına görə, komitənin icraçı direktoru Aram Abramyan xanım Klintonu “ədalətli mövqe” tutmağa səsləyib.
Erməni icmasının digər fəalı Ara Xaçaturyan isə H.Klintonun prezidentliyə namizədliyi dövründə ermənilərə verdiyi “soyqırım”ı tanımaq vədini xatırladaraq, onu indi konyuktur yanaşmalarla hərəkət etməkdə ittiham edib.
İlham Əliyev görüşlərini davam etdirib
[28.01.2012] Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb.
APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Hadi Rəcəbli: “Ərzağın zənginləşdirilməsi məsələsi qanunvericilikdə mütləq əksini tapmalıdır”
[28.01.2012] “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bir sıra ciddi əlavə və düzəlişlərin edilməsinə ehtiyac var”. Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, həmin dəyişikliklərdən ən əsası ərzağın zənginləşdirilməsini nəzərdə tutan müddəadır. H.Rəcəbli bildirib ki, bu gün dünyada ərzağın zənginləşdirilməsi qədər vacib heç nə yoxdur.
Azərbaycan-Avropa İttifaqı əlaqələri təhsilin inkişafına əlavə stimul kimi
[28.01.2012] Azərbaycan və Avropa İttifaqı arasında qurulan əməkdaşlıq çərçivəsində təhsil sahəsində bir sıra layihə və proqramlar həyata keçirilib.Azərbaycanın Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı bu təşkilatın TASİS proqramı çərçivəsində həyata keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları ilə bağlıdır. TEMPUS proqramı Avropa İttifaqının ali təhsil sahəsində yeni müstəqil dövlətlər, Qərbi Balkan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata
TQDK orta məktəb müəllimlərinə müraciət edib
[28.01.2012]
Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib
BAKI-QUBA, BAKI-ŞAMAXI, GƏNDOB-YALAMA, İSMAYILLI-MUĞANLI YOLU, AĞSU AŞIRIMI, EYNİ ZAMANDA, CƏNUB VƏ QƏRB RAYONLARI İSTİQAMƏTİNDƏ YOLLAR BUZ BAĞLAYIB
[28.01.2012]
“Azərbaycan rəsmiləri ilə yaxşı əməkdaşlıq edəcəyik”
AŞPA SƏDRİ JAN-KLOD MİNYON: “DAĞLIQ QARABAĞ ÜZRƏ ALT KOMİTƏNİN GƏLƏCƏYİ İLƏ BAĞLI HƏLƏLİK HANSISA QƏRARIN VERİLMƏMƏSİ QƏNAƏTİNƏ GƏLDİK”
[28.01.2012]










