12px14px16px18px

Dik Advokat: “Rusların mənimlə bağlı qərarı yanlışdır”

00:05 / 23.05.2012
Avro-2012-dən sonra Niderlandın PSV klubunda çalışacaq Dik Advokat çempionatdan sonra Rusiya millisini tərk edəcəyi ilə bağlı verdiyi qərara münasibət bildirib.
Advokat bildirib ki, o, əvvəcə Rusiya millisində işini davam etdirməyə tərəfdar olub: “Amma ölkə futbol ittifaqının yalnız Avro-2012-ndəki nəticədən sonra bununla bağlı məsələyə baxacağını eşitdim. Mən isə bu şərtlərlə razılaşmayıb Niderlanddan gələn təklifi qəbul etdim”.
Advokat, bu il martın sonlarında federasiya rəhbərliyindən müqavilənin müddətinin uzadılmasıyla bağlı 2-3 gün ərzində qərar veriməsini xahiş etdiyini deyib: “Onlar dedilər ki, bizə bir həftə vaxt lazımdır. Mən aprelin sonuna qədər də gözləyəcəyimi dedim. Sonra isə onlar hansısa səbəbdən müqavilənin müddətini uzatmağı Avro-2012-nin sonuna qədər təxirə saldılar. Bu isə məni qane etmədi. Bu, onların qərarıdır. Amma hesab edirəm ki, bu yanlış qərardır”.




Bu yazı ( 12 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar