12px14px16px18px

“Neftçi” altı futbolçusundan imtina etdi

RƏŞAD ABDULLAYEV: “BU QƏRAR MƏNƏ QARANLIQ QALDI”

00:04 / 23.05.2012



“Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitəcək futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilib.
“Neftçi” PFK adları çəkilən futbolçulara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Onsuz da “Neftçi”ylə müqaviləm başa çatmışdı. Sadəcə, danışıqlar zamanı söhbətimiz alınmadı. Amma alınmalıydı. Xüsusən, mənim oyunum göz qabağında idi. Bu məsələ mənim özümə də çox qaranlıq qaldı”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri yarımmüdafiəçi Rəşad Abdullayev “Neftçi”nin onunla müqavilənin müddətini uzatmamaq haqda qərarına münasibətini açıqlayarkən deyib.
O bildirib ki, yeni müqaviləylə bağlı klubun prezidenti Sadıq Sadıqovla müzakirə aparıblar: “Onlar mənimlə müqavilənin uzadılmasında maraqlı olmadığını bildirdilər. Səbəbini onlardan soruşsanız, daha yaxşı olar. Çünki dediyim kimi, bunun səbəbi mənə də qaranlıq qaldı. Bir iki günə hansı klubda çıxış etmək istədiyimi açıqlayacağam. Bu klublar içərisində “Bakı”, Xəzər Lənkəran”, “Qəbələ” də ola bilər. Bir neçə variant var. Bu, futbol həyatıdır. Mən bacardığım qədər “Neftçi”yə öz köməyimi etdim. Mənimlə müqavilə bağlamamaqda itirdilər, yoxsa qazandılar, bunu artıq zaman göstərəcək. Ola bilər ki, məndən də yaxşı futbolçular gələcək” – deyə R.Abdullayev bildirib.
“Mən komandadan ayrılacağımı əvvəlcədən də bilirdim. Bu futbolda normal bir haldır. Bu gün “Neftçi”dəsən, sabah isə başqa klubda oynayacaqsan”.
Bu sözləri “Neftçi”nin futbolçusu Fərid Quliyev klubunun onunla müqavilə müddətini uzatmaması ilə bağlı danışarkən deyib.
Quliyev “Neftçi”nin hansı səbəbdən belə addım atmasını anlamadığını bildirib: “Artıq digər klublarla danışığa başlayacam. Bəzi təkliflər var. Allahın köməkliyi ilə bunu reallaşdırıb, yeni klubuma kömək etmək istəyirəm”.



Bu yazı ( 13 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar