12px14px16px18px

“Antalyaspor”un menecerləri “Neftçi” – “Bakı” oyununda

00:43 / 15.05.2012  
Türkiyə Super Liqası təmsilçilərindən olan “Antalyaspor”un menecerləri Azərbaycan kubokunun finalını izləmək üçün mayın 17-də Bakıya gələcəklər. Qol.Az-ın əldə etdiyi məlumata görə, Antalya klubunun nümayəndələri Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Bakı” matçını izləyəcək və gözaltı etdikləri futbolçuların oyunlarına baxacaqlar. Qarşılaşmadan sonra isə həmin futbolçularla bağlı klub rəhbərliyi ilə danışıqlar aparacaqlar. Türkiyəli menecerlərin konkret hansı futbolçulara görə Azərbaycana gəldikləri dəqiq məlum olmasa da, ehtimallar sırasında “Neftçi”nin futbolçusu Ruslan Abışovun adı daha çox hallanır. Qeyd edək ki, “Antalyaspor” son mövsümün yekunlarına görə, 18 komandanın mübarizə apardığı Türkiyə Super Liqasında 15-ci pilləni tutub.


Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar