12px14px16px18px

Azərbaycanın UEFA-nın “Fair-play” reytinqində mövqeyi bəlli oldu

00:58 / 09.05.2012
Azərbaycanın UEFA-nın açıqladığı son “Fair-play” (“Ədalətli oyun”) reytinqindəki mövqeyi bəlli olub. Ölkəmiz siyahıda otuzuncu yeri tutub. UEFA elan edib ki, birinci yeri Norveç, ikinci pilləni Finlandiya, üçüncülüyü isə Niderland tutub. 2011-ci ilin mayın 1-dən bu il aprelin 30-dək olan dövrü əhatə edən yarışlarda komandaların rəqiblərinə və hakimlərinə gözəl münasibəti, tamaşaçıların davranış qaydası, həmçinin oyunçuların aldığl sarı və qırmızı vərəqələrin sayı əsas götürülüb. Adları çəkilən bu üç ölkə avrokubokların birinci mərhələsində oynamaq üçün daha bir yer qazanıblar.


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar