12px14px16px18px

Pakistanın “Liberty” jurnalında “Mehriban Əliyeva və 2020 Olimpiya oyunları” adlı məqalə dərc edilib

00:57 / 09.05.2012
Pakistanın “Liberty” jurnalında tanınmış alim, şair və publisist professor Casim Takinin “Mehriban Əliyeva və 2020 Olimpiya oyunları ” adlı məqaləsi dərc edilib. Məqalədə Moskvada keçirilmiş Olimpiya komitəsinin baş Assambleyasında Azərbaycan 2020 Olimpiya oyunlarının Bakı şəhərində keçirilməsi üçün öz namizədliyini irəli sürdüyünü qeyd edən Casim Taki Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin namizədliyini irəli sürülməsində və hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını bildirib. Müəllif Mehriban Əliyevanın bu mövzuda danışarkən “2020 Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsü hökumət və xalq tərəfindən dəstəklənilir. Qədim tarixi irsə malik olan şəhərimiz Şərqin və Qərbin qovuşduğu nöqtədə yerləşib.... Olimpiya oyunlarında bir müstəqil ölkə kimi nisbətən yaxın keçmişdən iştirak etməyimizə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz doğurudan da bu oyunları ölkəmizdə keçirmək əzmindəyik və bunun üçün siyasi və maddi dəstək verməyə hazırıq....” dediyini vurğulayıb. Professor C. Taki Mehriban Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirib. Daha sonra yazar Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirtdiyi genişmiqyaslı humanitar və sosial layihələr barədə geniş məlumatlar verib. Bildirib ki, ölkənin birinci xanımı xeyriyyəçilik fəaliyyətinə həmçinin dünya mədəniyyət irsinin qorunub saxlanmasına görə UNESCO-nun xoşməramlı səfiri seçilmiş, bir neçə inkişaf etmiş ölkələrin medal və ordenləri ilə təltif olunub. Şair Casim Taki özünəməxsus tərzdə Mehriban Əliyevaya həsr etmiş şeiri məqalənin sonunda yerləşdirib.


Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar