12px14px16px18px

“İnter” Şützla razılığa gəldiyini təsdiqlədi

00:56 / 09.05.2012
“Tales Şütz bizim maraq dairəmizdə olan futbolçulardan idi. Onun AZAL-la olan müqaviləsi də mövsümün sonunda başa çatır. Odur ki, onunla danışıq aparıb razılıq əldə etmişik və Şütz “İnter”ə keçməyə razılıq verib”. Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in meneceri Səbuhi Səfiyarlı deyib. Klub rəsmisi rəsmi müqavilənin mövsüm bitəndən sonra bağlanacağını bildirib: “Tərəflər arasında razılıq əldə olunsa da, təbii ki, rəsmi olaraq Şützu bizim futbolçu saymaq olmaz. Bildiyiniz kimi, rəsmi müqaviləni yalnız mövsüm başa çatandan sonra imzalamaq mümkündür. Ona görə də biz mövsümün yekunlaşmasını gözləyirik. Ancaq dediyim kimi, futbolçu ilə razılıq əldə olunub və gözlənilməz heç nə baş verməsə, Şütz növbəti mövsümdən “İnter”in şərəfini qoruyacaq”. Qeyd edək ki, ötən ilin yayından AZAL-da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 19 oyun keçirib və 10 qol vurub.


Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar