12px14px16px18px

İbrahimoviç: “Real”a getmək niyyətində deyiləm”

11:31 / 02.05.2012
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda “Real” (Madrid) klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İtaliya mətbuatının verdiyi məlumata görə, isveçli forvard “Milan”ı tərk etmək istəmədiyini açıqlayıb:
“Karyeram ərzində anladım ki, harada ki, özünü rahat hiss edirsən, o komandanı dəyişməməlisən. Hazırda “Milan”da özümü çox xoşbəxt hiss edirəm. Ona görə də komandadan ayrılmaq niyyətində deyiləm”.
Qeyd edək ki, “Real”ın baş məşqçisi Joze Mourinyonun mövsümün sonunda İbrahimoviçi komandasında görmək istədiyi bildirilir.



Bu yazı ( 25 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar